Azpetrol Ltd. MMC

Azpetrol Ltd. MMC Neft şirkəti. Yanacağın pərakəndə və topdan satışı. Yanacaqdoldurma və qazdoldurma məntəqələri şəbəkəsi.

“Azpetrol” YDM-də yanacaq çənlərinin əsaslı təmizlənməsi işləri davam etdirilir. Belə ki, “Azpetrol” şirkəti mütəmadi ol...
29/05/2026

“Azpetrol” YDM-də yanacaq çənlərinin əsaslı təmizlənməsi işləri davam etdirilir. Belə ki, “Azpetrol” şirkəti mütəmadi olaraq yanacaqdoldurma məntəqələrinin ərazisində yanacaq saxlanılan yeraltı çənlərin əsaslı təmizlənməsi işlərini həyata keçirir.
Siyəzən YDM-də çənləri təmizləmə zamanı çəkilən fotoları diqqətinizə çatdırırıq.

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

29 may - Ümumdünya Sağlam Qidalanma Günüdür.Mayın 29-u Ümumdünya Həzm və ya Ümumdünya Sağlam Qidalanma Günü, Ümumdünya Q...
29/05/2026

29 may - Ümumdünya Sağlam Qidalanma Günüdür.

Mayın 29-u Ümumdünya Həzm və ya Ümumdünya Sağlam Qidalanma Günü, Ümumdünya Qastroenteroloqlar Təşkilatının təşəbbüsü ilə təsis olunub. Təşkilat 1935-ci ildə qastroenteroloqların Brüsseldə keçirilən birinci Beynəlxalq konqresində yaradılsa da, onun rəsmi təsis tarixi 1958-ci il mayın 29-u hesab olunur. Həmin gün Vaşinqtonda keçirilən Qastroenteroloqların Birinci Dünya Konqresində təşkilatın nizamnaməsinin qəbul edildiyi günün Sağlam Qidalanma Günü elan edilməsi qərara alınıb.
Ümumdünya Sağlam Qidalanma Gününü qeyd etməkdə əsas məqsəd, əhali arasında maarifləndirmə tədbirləri aparmaq, ictimaiyyətin diqqətini həzm pozulması səbəbindən yaranan problemlərə yönəltmək, o cümlədən hər il qastroenteroloji xəstəliklərin sayının çoxalması barəsində xəbərdarlıq etməkdir.
Statistika göstərir ki, əhalinin 50-60 faizi düzgün olmayan həyat tərzi və həzm sistemi orqanlarının xəstəliklərinin pozulmasından əzab çəkir. Böyük şəhərlərdə həmin rəqəm 90 faizə çatır.
Azərbaycanda da sağlam qidalanmanın təşviqi məqsədilə müxtəlif addımlar atılır. Ölkəmizdə aktiv həyat tərzinin təbliği, düzgün qidalanma, insan sağlamlığı üçün ziyanlı olan plastik qablaşdırıcılardan istifadənin azaldılması, zərərli vərdişlərdən imtina istiqamətində tədbirlər görülür. Sağlam qidalanmanın təbliği ilə əlaqədar, Qida Təhlükəsizliyi Agentliyi müxtəlif layihələr həyata keçirir.

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan X...
28/05/2026

Bu gün Azərbaycanda Müstəqillik Günüdür.

1918-ci il mayın 28-də Məhəmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti , müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika, azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur.
Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. Yeni fəaliyyətə başlamış parlamentin qəbul etdiyi qanunlar milli müstəqilliyin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdır. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərmişdir.
1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul olunmuşdur. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli İstiqlal Bəyannaməsinə və “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olunmuş, Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edilmişdir. Beləliklə, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktına əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etmişdir.
Müstəqillik Gününüz mübarək!

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

“Azpetrol” şirkəti "Qurban bayramı"nı YDM-də qeyd edir. "Azpetrol" şirkəti tərəfindən, hər il olduğu kimi bu il də, “Qur...
27/05/2026

“Azpetrol” şirkəti "Qurban bayramı"nı YDM-də qeyd edir.

"Azpetrol" şirkəti tərəfindən, hər il olduğu kimi bu il də, “Qurban bayramı” münasibətilə bütün yanacaqdoldurma məntəqələrində qurbanlar kəsilərək əməkdaşlara və uşaq evlərinə paylanıb, eləcə də, “Azpetrol” şirkətinin 44-günlük Vətən Müharibəsində Şəhid olmuş əməkdaşlarının ailələrinə çatdırılıb.
Qurban bayramınız mübarək!

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

27/05/2026

Qurban Bayramınız Mübarək!
Azpetrol - Daim inkişafa doğru!
Əlaqə: 957

"Qurban Bayramınız" mübarək!Azpetrol-Daim inkişafa doğru!Əlaqə: 957
27/05/2026

"Qurban Bayramınız" mübarək!

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

Bu gün “Qurban bayramı”dır.“Qurban bayramı” islam aləmində ən müqəddəs bayramlardan biridir. İslamda cəmi iki bayram, “Q...
27/05/2026

Bu gün “Qurban bayramı”dır.

“Qurban bayramı” islam aləmində ən müqəddəs bayramlardan biridir. İslamda cəmi iki bayram, “Qurban” və “Ramazan” bayramları qanuniləşdirilib. Xeyirxahlığın, insanpərvərliyin, bərabərliyin rəmzi olan mübarək “Qurban bayramı”, insanları mərhəmətə, həmrəyliyə, qardaşlıq və humanizmə dəvət edən bir bayramdır.

Bu əziz gündə müsəlmanlar Allah və din yolunda, xeyirxah amallar uğrunda hər cür fədakarlığa hazır olduqlarını, mənəvi dəyərlərə bağlılıqlarını nümayiş etdirir.
Bu bayram müsəlmanların həcc ziyarəti mərasiminin bir hissəsidir. “Qurban bayramı” müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü, Məkkəyə həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.
Azərbaycan müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu islam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş etmişdir.
Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfinə çevrilsə də, Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.
Qeyd edək ki, Qurban bayramı 2 gün qeyd olunur.
Bayramınız mübarək!

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

“Azpetrol” YDM-də yanacaq çənlərinin əsaslı təmizlənməsi işləri davam etdirilir. Belə ki, “Azpetrol” şirkəti mütəmadi ol...
26/05/2026

“Azpetrol” YDM-də yanacaq çənlərinin əsaslı təmizlənməsi işləri davam etdirilir. Belə ki, “Azpetrol” şirkəti mütəmadi olaraq yanacaqdoldurma məntəqələrinin ərazisində yanacaq saxlanılan yeraltı çənlərin əsaslı təmizlənməsi işlərini həyata keçirir.
Sumqayıt -3 YDM-də çənləri təmizləmə zamanı çəkilən fotoları diqqətinizə çatdırırıq.

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

Bizi "İnstagram" platformasında daha yaxından izləyin. Səhifəmizin aktiv izləyiciləri həm “Azpetrol”-da, həm də neft və ...
26/05/2026

Bizi "İnstagram" platformasında daha yaxından izləyin. Səhifəmizin aktiv izləyiciləri həm “Azpetrol”-da, həm də neft və qaz sahələrində baş verən yenilklərdən operativ xəbərdar olacaq.
https://www.instagram.com/azpetrolltd/

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

“Azpetrol” YDM-də yanacaq çənlərinin əsaslı təmizlənməsi işləri davam etdirilir. Belə ki, “Azpetrol” şirkəti mütəmadi ol...
25/05/2026

“Azpetrol” YDM-də yanacaq çənlərinin əsaslı təmizlənməsi işləri davam etdirilir. Belə ki, “Azpetrol” şirkəti mütəmadi olaraq yanacaqdoldurma məntəqələrinin ərazisində yanacaq saxlanılan yeraltı çənlərin əsaslı təmizlənməsi işlərini həyata keçirir.
Siyəzən -2 YDM-də çənləri təmizləmə zamanı çəkilən fotoları diqqətinizə çatdırırıq.

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

Dünyada və ölkə ərazisində neft-qaz sənayesilə bağlı xəbərlərin həftəlik icmalını təqdim edirik.📰🗞️Azpetrol-Daim inkişaf...
25/05/2026

Dünyada və ölkə ərazisində neft-qaz sənayesilə bağlı xəbərlərin həftəlik icmalını təqdim edirik.📰🗞️

Azpetrol-Daim inkişafa doğru!
Əlaqə: 957

Address

8 Noyabr Prospekti 91
Bakı
AZ1025

Alerts

Be the first to know and let us send you an email when Azpetrol Ltd. MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Azpetrol Ltd. MMC:

Share