29/07/2021
Səhifəmizə xoş gəldiniz🤗
TİK KART NƏDİR? 🤔
"TikKart" 2017-ci ildən fəaliyyət göstərən "EM Group İnşaat" MMC-nin müştərilərinə təqdim etdiyi əlavə gəlir kartıdır. Azərbaycanda ilk dəfə olaraq, tikinti və təmirlə bağlı EM Group İnşaata müraciət edən hər bir müştəriyə, "TikKart" təqdim edilir. Bu kartı əldə edən hər bir müştəri, şirkətin fəaliyyəti və görülən işlərin keyfiyyətini tikinti və təmir işlərini həyata keçirmək istəyən əhatəsinə məsləhət görərək, vasitəçilik edir. Əhatəsindən tikinti və təmirlə əlaqədar, ödəniş edərək, bizimlə müqavilə bağlayan hər bir müştərinin müqavilə dəyərinin 5; 7 və 10 faizi qədərində bizdən nəğd pul əldə edə bilərlər.
Misal: Əli bəy (şərti ad) EM Group İnşaata müraciət edərək, tikinti və təmir işlərini həyata keçirir. Bu zaman, şirkət tərəfindən Əli bəyə "TikKart" təqdim edilir. Əli bəy bu kartdan səmərəli istifadə edərək, tikinti şirkəti axtarışında olan dostu Tural (şərti ad) bəyə görülən işlərin keyfiyyətindən məmnunluğunu bildirərək, EM Group İnşaatı məsləhət görür. Tural bəy isə, şirkət haqqında məlumatlandıqdan sonra, EM Group İnşaata müraciət edərək, görüləcək işlərin müqabilində, misal olaraq, 100 000 manat dəyərində müqavilə bağlayaraq, ilkin ödəniş edir, həmçinin, o da "TikKart" əldə etmiş olur. Şirkət isə, Tural bəyin ümumi məbləğinin (misal üçün 100 000 manat) 5 faizi (yəni 5000 manat) qədərində məbləği nəğd olaraq, Əli bəyə təqdim edir. Hər iki dostun inşaat işlərinin yekunlaşmasına baxmayaraq, daha çox qazanc əldə etmələri üçün, həmçinin, yönləndirdiyi müştəri sayının 5 və daha çox olmasını nəzərə alaraq, EM Group İnşaat təqdim etdiyi 5 faiz qazanclı "TikKart"ı əvəzləyərək, 7 faizli "TikKart" təqdim edir. Ən çox gəlir əldə etmək üçün isə, 10 və daha çox müştəri cəlb edərək, 10 faizli "TikKart" dan yararlanacaqsınız. Bu zaman, ümumi məbləğin 10 faizi qədərində gəlir əldə etmiş olursunuz.
Biz Sizi düşünərək, ödədiyiniz məbləği "TikKart" vasitəsilə Sizə geri qaytarırıq))