EC PRO

EC PRO Təmir, tikinti və dizayn xidmətləri

-BİZ KİMİK?
“VIER GROUP”-un əsas fəaliyyət istiqaməti təmir, tikinti və dizayn işləridir. Şirkət quruluşundan indiyədək çox sayda müxtəlif istiqamətli təmir-dizayn işlərinin sifarişini qəbul etmiş, proyektləri uğurla sona çatdırmış və dərin müştəri məmnuniyyəti ilə sahiblərinə təhvil vermişdir. Daim inkişafda olan şirkətimiz paytaxt Bakı ilə yanaşı regionlarda da fəaliyyətini həyata keçirməklə müş

tərilərini məmnun edir. Həmçinin yüksək zövqlə tərtib olunmuş dizayn işlərimiz yalnız ölkəmizdə deyil, hətda xarici ölkələrdə də böyük maraqla qarşılanır.Bunun nəticəsində şirkətimiz ölkə xaricində də öz çox sayda sifarişləri qəbul və icra edir.

-Missiyamız
Müştərilimizin maraqlarını qorumaq üçün qabaqcıl texnologiyalarla istehsal olunmuş materiallarla təmin olunmasını satıcılardan tələb etməklə,işimizi peşəkarcasına,məsuliyyətlə,keyfiyyətlə həyata keçirməkdir.

-Prinsiplərimiz
"Şəffaflıq,keyfiyyətli iş,etibarlılıq,düzgünlükdür.Bu prinsiplərə əməl olunması - bizim uğurlu inkişafımızın qarantıdır.

01/06/2026

Bungalov ev nədir?

Bungalov evlər adətən bir mərtəbəli, funksional planlaşdırılmış və təbiətlə harmoniyada olan yaşayış tikililəridir. Sadə memarlığı, rahatlığı və sürətli tikinti imkanı sayəsində son illərdə ən çox seçilən fərdi ev növlərindən birinə çevrilib.

Həm daimi yaşayış, həm də istirahət məqsədilə ideal seçim hesab olunur.

31/05/2026

🔹 Keyfiyyətli son nəticə üçün səthin düzgün hazırlanması vacibdir.

Stekloxost səthdə yarana biləcək mikroçatların qarşısını almağa, səthin möhkəmliyini artırmağa və son örtüyün daha dayanıqlı olmasına kömək edir. Bu səbəbdən boya və dekorativ örtük işlərindən əvvəl tətbiq olunan vacib materiallardan biridir.

30/05/2026

🏡 Yeni A-Frame layihəmizə start verdik!

Müasir dizayn, keyfiyyətli icra və rahat yaşam konsepsiyasını bir araya gətirən bu layihənin tikinti prosesini addım-addım sizinlə paylaşacağıq.

24/05/2026

Gizli paroq effekti yaratmaq üçün ilk növbədə mənzilin alt qatı eyni səviyyədə hazırlanmalıdır.

Otaqlar arasında səviyyə fərqi olduqda laminat və keramoqranit keçidində ideal görüntü almaq mümkün olmur. Düzgün planlama və peşəkar tətbiq sayəsində keçidlər daha estetik, səliqəli və premium görünür.

✔️ Eyni səviyyədə döşəmə
✔️ Dəqiq keçid xətti
✔️ Keyfiyyətli aradoldurucu
✔️ Minimal və modern görüntü

Detallardakı keyfiyyət ümumi interyer görünüşünü dəyişir. ✨

17/04/2026

- Təmir üçün sabit paket qiymətlərimiz yoxdur. Çünki hər ev fərqlidir — dizayn, material seçimi və müştərinin istəkləri hər layihəni unikal edir. Biz də hər işə “standart” yox, fərdi yanaşırıq.

04/04/2026

📌 Döşəmədə səviyyə fərqi — gələcək problemlərin əsas səbəblərindən biridir.

Bu layihədə bütün otaqlarda döşəmə eyni xətt üzrə, tam balanslı şəkildə qurulub. Heç bir yerdə hündürlük fərqi yoxdur.

Gördüyümüz işlər mərhələli şəkildə:
✔️ Su izolyasiyası
✔️ Hamarlaşdırıcı qat
✔️ İstilik izolyasiyası üçün əsas qat
✔️ İsti pol sistemi
✔️ Qoruyucu qat (folqa)
✔️ Yenidən isti pol
✔️ Səviyyəni tam dəqiqləşdirmək üçün şap
✔️ Sonda isə keramoqranit, laminat və ya parket örtüyü

Nəticə — həm komfort, həm də uzunömürlü döşəmə sistemi.

📩 Keyfiyyətli təmir üçün bizə müraciət edə bilərsiniz.



02/04/2026

Neoklassik dizayn, klassik və müasir üslubları bir araya gətirən, zamansız və harmonik bir estetika təqdim edir. Bu üslubda simmetriya, neytral rənglər və incə detallarla dolu, prestijli interyerlər yaradılır. Neoklassik dizayn, həm rahatlığı, həm də zövqü bir araya gətirir.

30/03/2026

Zövqlə dizayn edilmiş, neoklassik və klassik üslubların mükəmməl qarışığını əks etdirən, tam təchizatlı təhvil verdiyimiz yeni mənzili sizlərə təqdim edirik.

28/03/2026

⚒️ Növbəti təmir etdiyimiz mənzildə qurduğumuz istipol sistemini sizə təqdim edirik.

🏡 Bu layihədə sanitar və isitmə xətləri payka ilə yox, press üsulu ilə icra olunub. Bu da sistemin daha möhkəm, sızdırmaz və uzunömürlü olmasını təmin edir.

EC Pro olaraq hər layihədə keyfiyyətə və düzgün icraya üstünlük veririk.

24/03/2026

ℹ️ “Japandi” interyer dizaynı son illərdə populyarlaşan, Yapon və Skandinaviya üslubunun birləşməsi olan minimalist və funksional yanaşmadır.

🔹 Bu üslubda ağac, daş və bambuk kimi təbii materiallar, eləcə də sakit rəng tonları (ağ, boz, bej, qara) sadəliyi və balansı ön plana çıxarır. Bitkilər isə məkana daha yumşaq və canlı ab-hava qatır.

🔹 Japandi üslubunda evlərdə:
✔️ Minimal dekor və təmiz xətlər üstünlük təşkil edir
✔️ Funksional və rahat planlama əsasdır
✔️ Məkan maksimum səmərə ilə istifadə olunur
✔️ İşıqlandırma və teksturalı elementlərlə isti, səmimi mühit yaradılır

🔹 Nəticədə, Japandi üslubu evdə həm estetik, həm də rahat və praktik bir yaşam mühiti formalaşdırır.

Address

Baku
Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 15:00

Telephone

+994554002888

Alerts

Be the first to know and let us send you an email when EC PRO posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EC PRO:

Shortcuts

Share