" AzVirt " MMC

" AzVirt " MMC «AZVİRT» MMC 1995-ci ildə yaradılmışdır. "AzVirt" MMC Azərbaycanın ən böyük və tanınmış yol tikinti şirkətlərindən biridir.

Müəssisənin əsas fəaliyyət sahəsi avtomobil yollarının və hava limanlarının uçuş-enmə zolaqlarınin tikintisi və təmirindən, yol-inşaat materiallarının istehsalından ibarətdir. Yarandığı tarixdən başlayaraq şirkət, 25 ildən çox müddət ərzində regionda nəqliyyat infrastrukturunun inkişafı üçün getdikcə artan tələbləri qarşılamaq məqsədi ilə sürətlə böyüyüb və fəaliyyət dairəsini genişləndirib. Şirkə

t 1995-ci ildə Azərbaycan - Almaniya Birgə Müəssisəsi kimi yaradılıb. 2004-cü ildə isə "AzVirt" Azərbaycanda Məhdud Məsuliyyətli Cəmiyyət kimi yenidən qeydiyyatdan keçib. "AzVirt" MMC-nin yaradıcısı Azərbaycanın yol təsərrüfatında tanınmış alim, texnika elmləri doktoru, professor, “Şöhrət” ordenli Əli Musa oğlu Əliyev olmuşdur. Şirkətin bu günkü səviyyəyə gəlib çatması və bundan sonra da əldə edəcəyi uğurlar məhz Ə.M.Əliyevin davamçılarının onun yolu ilə fəaliyyətlərini inkişaf etdirməsindən irəli gəlir. Bu yol isə sözün əsl mənasında gələcəyə aparan yoldur. Hal-hazırda "AzVirt" MMC aşağıdakı xidmətlər üzrə ixtisaslaşıb:
• Avtomobil yollarının tikintisi, yenidənqurulması və təmiri;
• Körpülərin, yol ötürücülərinin və digər süni qurğuların tikintisi, yenidənqurulması və təmiri;
• Hava limanları üçün terminalların, uçuş-enmə zolaqlarının, sükan yollarının və perronun tikintisi, yenidənqurulması və təmiri;
• Tikinti materiallarının istehsalı;
• Layihələndirmə işləri. Zəngin iş təcrübəsi və yüksək keyfiyyət standartlarına nail olmaqla, regionun ən böyük tikinti layihələrində baş podratçı kimi iştirak edən "AzVirt" MMC Azərbaycanda ilk dəfə olaraq qırmadaş-mastikalı və polimerli asfaltbeton qarışığını tətbiq edən şirkətdir. İstehsal edilən asfaltbetonun tərkibində aktivləşdirilmiş mineral tozlardan istifadə olunur. Şirkətin ərsəyə gətirdiyi layihələrdən bəzilərini qeyd etmək olar: "Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni uçuş enmə zolağının tikintisi", "Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni Aerovağzal Kompleksinin tikintisi, hava nəqliyyati nəzarət qülləsinin tikintisi, mövcud aerovağzal terminalının yenidənqurulması", "Gəncə, Lənkəran, Zaqatala, Qəbələ hava limanlarının uçuş-enmə zolağı, perron, yönəldici yollar və s. tikintisi, "Formula-1 “Azərbaycan Qran Pri" yarışlarının keçirildiyi trekin təmir-tikinti işləri, "M-1 Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhəddi avtomobil yolu”nun (92 km) tikintisi və s. "AzVirt" MMC zaman keçdikcə yol və hava limanı infrastruktur layihələri üzrə tam xidmət göstərən beynəlxalq şirkətə çevrilib. Hazırda Serbiya, Qırğızıstan, Ukrayna və Bosniyada da böyük layihələr icra olunmaqdadır. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi zamanı əldə etdiyi şanlı Qələbədən sonra işğaldan azad olunan ərazilərdə geniş tikinti-quruculuq işlərinə başlanılıb. Belə ki, hava və yol nəqliyyatı infrastrukturunun qurulmasında nəzərdə tutulan layihələrin icrasında “AzVirt”' MMC-yə də Azərbaycan dövləti böyük etimad göstərib. Hazırda şirkət Füzuli, Laçın və Zəngilan beynəlxalq hava limanlarının layihələndirmə və tikintisi işlərini və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sifarişi əsasında “Zəfər yolu”, “Əhmədbəyli-Füzuli-Şuşa”, “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd”, “Kəlbəcər-Laçın” avtomobil yollarının bir hissəsi, eləcə də “Füzuli-Hadrud”, “Qoşasu-Daşlı”, “Qoşasu-Pircahan” avtomobil yollarının tikintisini həyata keçirir.
Şirkət ölkəmizdə bir çox nominasiyalarda dəfələrlə "İlin Şirkəti" seçilib, 2015-ci ildə MDB ölkələri arasında ən yaxşı tikinti təşkilatının seçilməsi üzrə keçirilən X Beynəlxalq Müsabiqənin qalibi olub.

07/07/2026

The interesting dialog between the President of Serbia Aleksandar Vučić and Azerbaijani young engineer Alihuseyn Nacafov.

Serbiya Prezidenti Aleksandr Vuçiç ilə Azərbaycanlı mühəndis Əlihüseyn Nəcəfov arasında maraqlı dialoq.

Aleksandar Antić
instagram: - azvirt.official
YouTube: - AzVirt MMC

07/07/2026

Serbiya Prezidenti Alaksandar Vuçiç 15 ilə yaxındır ki, bu ölkədə çalışan Azərbaycanın “Azvirt” şirkətinin tikinti meydançasında olub. Dövlət başçısı şirkətə işinə görə təşəkkür edib və tikintinin plana uyğun olaraq davam etdiyini vurğulayıb. O, əsas məqsədin ümumi uzunluğu 185,5 kilometr olan Baçki Bregdən Srpska Crnjaya qədər yüksək sürətli yolun Baçki Bregdən Klyajiçevoya qədər olan 11,4 kilometrlik hissəsinin 2028-ci ilin iyun ayında tamamlanması olduğunu diqqətə çatdırıb. “Mən çox xoşbəxtəm, iyun ayına qədər Klyajiçevo qədər yol olacaq. Bizdə sizə bu işdə kömək edəcəyik” – deyərək Prezident A.Vuçiç qeyd edib.

The President of Serbia, Aleksandar Vučić, visited the construction site of Azerbaijan’s Azvirt company that has been operating in the country for nearly 15 years. The Head of State expressed his appreciation for the company’s work and emphasized that construction is progressing according to schedule. He noted that the main objective is to complete the 11.4-kilometre section of the high-speed road from Bački Breg to Kljajićevo by June 2028 which is overall 185.5-kilometre route from Bački Breg to Srpska Crnja. “I am very happy that by June we will have the road completed as far as Kljajićevo. We will also support you in accomplishing this work,” President Vučić said.

Aleksandar Vučić
Aleksandar Antić
instagram: - azvirt.official
YouTube: - AzVirt MMC

29/06/2026

Əziz Dostlar,
Azvirt MMC-nin yaranmasından 31 il ötür. Professor Ə.M.Əliyevin təşəbbüsü və zəhməti ilə yaradılan şirkət, bu gün də bu şərəfli yolu Əli müəllimin davamçılarının yorulmaz fəaliyyəti ilə davam etdirir. Çoxsaylı peşəkar komandamız həm ölkə daxilində, həm də xaricdə bir çox uğurlara imza atıb. Qazandığı etibar əsasında nüfuzlu təşkilata çevrilib.

Bu münasibət ilə Şirkətimizin rəhbərliyi Azvirt MMC-nin hər bir zəhmətsevər əməkdaşını təbrik edir, uğurlar arzulayır, bu illər ərzində yolu Azvirtdən keçən hər bir kəsə təşəkkür edir.

instagram: - azvirt.official
YouTube: - AzVirt MMC

02/06/2026

Əziz Dostlar,

Bu gün Azərbaycanın Mülki aviasiya işçilərinin peşə bayramı günüdür. Azərbaycan Hava Yollarının bütün kollektivini təbrik edirik. Həmişə yüksəklərdə olun!

instagram: - azvirt.official
YouTube: - AzVirt MMC
AZAL - Azerbaijan Airlines

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür. Gələcəyə aparan yolları gələcəyimizə etibar edirik!instagram: - azvirt....
01/06/2026

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Gələcəyə aparan yolları gələcəyimizə etibar edirik!

instagram: - azvirt.official
YouTube: - AzVirt MMC

Qurban bayramınız mübarək olsun!!!instagram: - azvirt.officialYouTube: - AzVirt MMC
26/05/2026

Qurban bayramınız mübarək olsun!!!

instagram: - azvirt.official
YouTube: - AzVirt MMC

20/05/2026

Professor, texnika elmləri doktoru Əli Musa oğlu Əliyev.
Dərin hörmət və ehtiramla anırıq!


instagram: - azvirt.official
YouTube: - AzVirt MMC

19/03/2026

18 марта при участии Президента Сербии Александра Вучича был подписан коммерческий контракт на проектирование и реализацию строительства скоростной автомагис...

17/03/2026

Bu torpaq üzərində "Gələcəyə aparan yollar"ı inşa edirik.
Torpaq çərşənbəniz mübarək!

Hörmətlə, AZVİRT MMC


instagram: - azvirt.official
YouTube: - AzVirt MMC

08/03/2026

Cəmiyyətə mərhəmət və müdriklik qatan, ailələrin memarı, bəşəriyyətdə bütün gözəlliklərin müəllifi olan Qadınlar - bu gün Sizin gününüzdür.
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi təbrik edirik.
Sizə sağlamlıq, sevgi və sonsuz hörmət arzulayırıq.

Hörmətlə, AZVİRT MMC


instagram: - azvirt.official
YouTube: - AzVirt MMC

Address

Ünvan: Baki Səh. Sabunçu Ray. Bakıxanov Qəs. B. Bünyatov Küç. 26B
Baku
AZ1040

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 13:00

Telephone

+994503899993

Alerts

Be the first to know and let us send you an email when " AzVirt " MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to " AzVirt " MMC:

Shortcuts

Share