Inci-Inshaat Company

Inci-Inshaat Company Haqqımızda

“INCI” MMC Azərbaycan bazarinda 2005-ci ildən öz fəaliyyətdədir. Bu müddət ərzində “İnci” MMC böyük proyektlərin reallaşmasında iştrak edib:

Bu müddət ərzində “İnci” MMC böyük proyektlərin reallaşmasında iştrak edib: “Şahdağ yay-qış turist kompleksi”, “Baku Crystal Hall”, “Absheron JW Marriott Hotel”, “Port Baku Residence”, “Heydər Əliyev Mərkəzi”, “Four Season Baku”, “Qış Bağı”, “STP”, Azərbaycan Diplomatik Akademiyasının binası, Gəmi Qayırma Zavodu.

“Inci Inşaat” firması “HILTI”-şirkətinin sertifikatlaşdırılmış dileridir. HILTI br

endinin yüksək keyfiyyətli almazlı avadanlığı ilə dəmir-beton konstruksiyalarında kəsmə və deşmə işlərini görürük, kimyəvi və hər növ ankerləmə işlərini yerinə yetiririk, həmçinin Firestop işləri həyata keçiririk. Bütün işlər ixtisaslaşdırılmış və sertifikatlaşdırılmış mütəxəssizlərimiz tərəfindən aparılır. Bütün işçilər HILTI şirkətində hazırlıq kursları keçib və HILTI sertifikatına sahibdirlər. Mütəxəssislərimizin təcrübəsi və dünyada məşhur brend olan HILTI-dən istifadə bizə sifarişlərin yüksək keyfiyyət və zamanında yerinə yetirilməsinə imkan verir.

«İnci İnşaat» rəqiblərindən operativliyi, gördüyü işlərini yüksək keyfiyyəti və ən qabaqcıl texnologiyaların tətbiqi ilə fərqlənir. Bizim əsas prinsipimiz müştərinin tələblərinə istiqamətlənməkdir. Biz daim müştərilərə göstərdiyimiz xidmət keyfiyyətinin yaxşılaşdırılması üzərində çalışırıq. Biz “HILTI”, “MACE”, “PASHA CONSTRUCTION”, “STRABAG”, “DIA HOLDING”, “TEMSAN”, “ALPINE BAU”, “AZENCO”, “MOB”, “AIKON CPIT”, “METRO TUNEL TİKİNTİ”, “AZƏR TİKİNTİ İNVEST”, “SAFE LIFE” kimi iri şirkət və təşkilatlarla əməkdaşlıq edirik.

“Inci” MMC Fransanın dartma tavan istehsalı ilə məşğul olan məşhur CLİPSO şirkətinin rəsmi distribütorudur

Fransa istehsalı olan dartma tavanlar uzun müddətdir ki, keyfiyyət və etibarlılıq göstəricisidir. Bu dartma tavanlar digər ölkələrdə istehsal olunan analoji məhsullardan həm texniki göstəriciləri, həm bədii həllərin yüksək səviyyəsi, həm də rəng və fakturaların geniş seçimindəki üstünlüyü ilə fərqlənir.

«CLİPSO» dartma tavan sistemləri istənilən tipli binaların tərtibatı üçün ən yaxşı variantdır. Bu barədə daha ətraflı məlumat əldə etmək, müştərilərimiz və görülmüş işlərimizlə tanış olmaq üçün www.clipso.az saytımızı ziyarət edə bilərsiniz.

Address

Baku

Alerts

Be the first to know and let us send you an email when Inci-Inshaat Company posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Inci-Inshaat Company:

Share