Avanqard construction MMC

Avanqard construction MMC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Avanqard construction MMC, Baku.

07/08/2024
31/07/2024

Rəhman Şamilzadə yazır:

İki gün əvvəl Nəvahi postunda YPX əməkdaşı məni saxladı. İlk növbədə boylanaraq maşının içinə baxdı və məndən soruşdu ki,hara gedirsən? Dedim ki, Qəbələyə. Daha sonra başladı maşının ətrafına fırlanmağa. Hörmət əlaməti olaraq xitab elədim ki, "komandir məni niyə saxlamısan, qayda pozmuşam?". Mənə dedi ki, bilmək olmaz pozmusan ya yox. Daha sonra sənədlərimi istədi,mən də təqdim etdim. Doğru olduğunu görüb geri qaytardı. Daha sonra dedi ki, ötmə əməliyyatı edərkən dönmə işiğından istifadə etməmisən. Dedim harda istifadə etməmişəm? Dedi ki, hardasa postdan 10-12 km əvvəl. Güldüm və dedim ki, ay qardaş adamı güldürmə səncanı. Deyəsən bekarçılıq olub deyə saxlamısan məni. Mənə dedi ki, gözlə indi sənə görüntünü təqdim edəcəm. Getdi postun içinə və əlində bir fayl sənədlə gəldi. Mənə dedi ki, nəsə yaxşı oğlana oxşayırsan day sənə cərimə yazmıram. Al bu sənədləri Kürdəmirdə Kallar postuna çatdır sənə zəhmət.

Yəni bu nə deməkdir? Sənə sənəd üçün kuryerlik etmək lazımdırsa cəhənnəm saxla xahiş elə ki, qardaş zəhmət olmasa bu yolu gedirsənsə bu sənədi filan yerə çatdır. Ümumiyyətlə bu postlardan çəkdiyimiz nədir? Adamın yaşına və ya maşınının modelinə baxıb səbəbsiz yerə saxlayırlar. Vallah bu ayıbdır. Bu hal həmişə baş verir, lakin bu dəfə lap şitin çıxardılar.

O postlar niyə var?! O adam heç bir əsas olmadan mənim maşınımın içinə boylana bilməz, heç bir halda səbəbsiz məni saxlaya bilməz, heç bir halda yalandan şərləyə bilməz, heç bir halda da kuryerlik etməyi tələb edə bilməz. Əgər bütün bunlara hüququ çatmırsa, hansı səbəbə hər dəfə "mırta" mənim maşınım Nəvahi və ya Kürdəmir postunda saxlanılır? Bu kimi hallar niyə bir çox adamın başına gəlir?

Address

Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Avanqard construction MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share