İnşaat fakültəsi 1920-ci ildə Bakı Politexnik İnstitutunun tərkibində yaradılmışdır. 1930-1934-cü illərdə müstəqil Memarlıq və İnşaat İnstitutu kimi fəaliyyət göstərmiş, 1934-1951-ci illərdə Azərbaycan Sənaye İnstitutunun tərkibinə daxil edilmişdir. 1951-1975-ci illərdə Azərbaycan Politexnik İnstitutunun tərkibində, 1975-ci ildən isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutu yarananda onun tərkibin
də müstəqil bir fakültə kimi fəaliyyət göstərmişdir. Fakültədə İnşaat mühəndisliyi, Sənaye və mülki tikinti, Şəhər bələdiyyə tikintisi və təsərrüfatı, Daşınmaz əmlakın idarə olunması və ekspertizası sahəsində çalışan mütəxəssislər hazırlanır. Fakültədə təhsil
Fakültəyə daxil olmaq istəyən abituriyentlər Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanlarında iştirak etməlidirlər. Fakültədə təhsil Azərbaycan və rus dillərində aparılır.
İxtisaslar:
Bakalavr pilləsi
Magistratura pilləsi
050634 – İnşaat mühəndisliyi
- Sənaye və mülki tikinti
- Şəhər bələdiyyə tikintisi və təsərrüfatı
- Daşınmaz əmlakın idarə olunması və ekspertizası
- Tikintinin təşkili və texnologiyası
- Binaların iqtisadiyyatı, inşaatı və istismarı
Tədris olunan fənlər
Dəmir-beton konstruksiyaları, Metal konstruksiyaları, Tikinti istehsalının texnologiyası, Tikintinin təşkili, Əsaslar və özüllər, Ərazilərin mühəndis hazırlığı və abadlaşdırılması, Binanın və yaşayış məntəqələrinin mühəndis sistemləri, Bina və mühəndis sistemlərinin texniki istismarı, Şəhər təsərrüfatının planlaşdırılması və rekonstruksiyası, Rekonstruksiya-təmir işlərinin texnologiyası, Daşınmaz əmlakın idarə olunması, Daşınmaz əmlakın iqtisadiyyatı, Şəhər təsərrüfatının məkan inkişafının əsasları, Bina və mühəndis sistemlərinin texniki istismarı, Keyfiyyətin idarə olunması, Qurğuların zəlzələyə davamlığı. Praktika sahələri
Aparıcı İnşaat şirkətləri
Tədqiqat istiqamətləri
Nazikdivarlı dəmir-beton fəza konstruksiyalarının qeyri-xətti nəzəriyyələrlə statika, dinamika və dayanıqlıq məsələlərinin tədqiqi, Dövlət büdcəsi ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin hesabatı, 2006-2010-cu illər, 2010-2015-ci illər, Çoxmərtəbəli, monolit binaların inşasının yeni texnologiyasının metodikasının hazırlanması, Böyük aşırımlı müstəvi sistemlərin və birtərəfli rabitələri olan qurğuların metal konstruksiyalarının gərginlik və deformasiya hallarının tədqiqi, Qurğuların dinamikasının və zəlzələyə davamlığının nəzəri-eksperimental tədqiqi, Mühəndis sistemlərinin rekonstruksiyası və texniki istismarı, şəhər ərazilərinin mühəndis hazırlığı.
İnşaat fakültəsində tədris olunan ixtisaslar üzrə 15 adda dərslik və dərs vəsaiti çap olunmuşdur:
1. Nazikdivarlı dəmir-beton fəza konstruksiyaları. Mühəndis dəmir-beton konstruksiyaları. "Elm", Bakı, 2010.
3. Hüseyn Artıqoğlu, Xalid Məmmədoğlu . Dəmir-beton . Elementlərin hesablanması.
4. Quliyev C.A., Eminov Y.M. Dəmir-beton örtüklərin hesablanması. Bakı, 2006.
5. Salahov, Ə.M. Bələgözov, İ.M. Qarayev, C.Q. Qəhrəmanov . Tikinti proseslərinin texnologiyası. Bakı, 2006.
6. Алиев С.К. Земляное полотно автомобильных дорог на лессовых просадочных грунтах. 2005.
7. Məmmədov H. S. Şəhər ərazisinin yeraltı şəbəkələri. Bakı, 2007.
8. S. Şəhər infrastrukturunda alternativ enerji mənbələri. Bakı, 2010.
9. Əliyev İ.Q., Əsədov N.Ş. Şəhər təsərrüfatının planlaşdırılması və iqtisadiyyatı. Dərslik, Bakı, «Memar Nəşriyyat-Poliqrafiya» MMC, 2005.
10. Əliyev İ.Q. Bina və mühəndis sistemlərinin rekonstruksiyası. 2005.
11. Əliyev F.Q.Əsədov N.Ş. Ərazinin mühəndis hazırlığı. 2004.
12. İbadullayev F.Y. Təmir-tikinti işlərinin texnologiyası. 2007
Beynəlxalq əlaqələr
Türkiyə və digər ölkələrin müvafıq universitetləri ilə əlaqələr mövcuddur. Fakültə
Fakültənin 7 professor, 38 elmlər namizədi, dosent, baş müəllim və müəllim olmaqla 58 üzvü vardır. Dekan - Məmmədov Hikmət Süleyman oğlu
Fakültənin tərkibində 7 kafedra fəaliyyət göstərir:
Dəmir-beton və daş konstruksiyaları
Bünövrələr, özüllər və yeraltı qurğular
Tikinti istehsalatının texnologiyası kafedrası
Metal, ağac və plastik kütlə konstruksiyaları kafedrası
Tarix və sosial- siyasi fənlər kafedrası
Qurğuların sınağı və zəlzələyə davamlığı
Şəhər bələdiyyə tikintisi və təsərrüfatı kafedrası