18/05/2026
Qürur hissi ilə bildiririk ki, "Huseynli Partners Architecture and Construction" MMC fəaliyyət sahəsində göstərdiyi peşəkarlıq və uğurlu layihələrinə görə "CRYSTAL AWARDS" mükafatına layiq görülmüşdür.
Memarlıq layihələndirmə, tikinti, təmir və dizayn sahəsində həyata keçirdiyimiz hər bir layihədə keyfiyyət, innovativ yanaşma və müştəri məmnuniyyəti əsas prinsiplərimiz olub. Bu mükafat komandamızın zəhmətinin, yaradıcılığının və məsuliyyətli əməyinin ən gözəl göstəricilərindən biridir.
Şirkətimizin bu gün qazandığı bütün nailiyyətlərdə Təsisçi və direktor Şaiq Hüseynli-nin əvəzsiz rolu, uzaqgörən idarəçiliyi və peşəkar yanaşması xüsusi yer tutur. Onun rəhbərliyi altında "Huseynli Partners Architecture and Construction" MMC daim inkişaf edərək uğurlarına yenilərini əlavə etməkdədir.
Bizə güvənən tərəfdaşlarımıza, müştərilərimizə və əməyi keçən bütün əməkdaşlarımıza təşəkkür edirik. "Huseynli Partners Architecture and Construction" MMC olaraq gələcəkdə də modern, funksional və estetik layihələrlə daha böyük uğurlara imza atmağa davam edəcəyik.
Uğurlarımızın davamı gəlir! 😊