Sigma Door

Sigma Door Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sigma Door, Garage door service, Alasgar Gayibov str, Baku.

Sigmadoor olaraq fəaliyyət göstərdiyimiz illər 40-dan çox müştərimiz üçün 7000-dən çox yanğına davamlı qapı istehsal etm...
07/06/2022

Sigmadoor olaraq fəaliyyət göstərdiyimiz illər 40-dan çox müştərimiz üçün 7000-dən çox yanğına davamlı qapı istehsal etmişik və təhvil vermişik.

Təhlükəsizliyi və keyfiyyəti ön plana alaraq daim müştərilərimizin etimadını doğrultmağa çalışırıq.

Məhsullarımızın daha da təkmilləşməsi və dünya səviyyəli istehsalçılardan birinə çevrilmək üçün daha çox çalışmağa davam edəcəyik.

Xaricdən qapı sifariş edən zaman ən çox rast gəlinən problemlər:▪️  Ölçülər uyğun gəlmir▪️  Çatdırılma zamanı qapılar zə...
02/06/2022

Xaricdən qapı sifariş edən zaman ən çox rast gəlinən problemlər:

▪️ Ölçülər uyğun gəlmir
▪️ Çatdırılma zamanı qapılar zədələnir
▪️ Geri qaytarılma müddəti uzun çəkir, bəzən mümkün olmur
▪️ Sifarişə dəyişiklik lazım gəldikdə, gec olur və s.

Bizimlə əməkdaşlıq edən şirkətlər bu problemlərlə qarşılaşmır. Çünki ölkədəki yeganə yanğına davamlı qapı istehsalçısı olaraq, sifarişinizə uyğun olaraq qapıları istehsal edir, çatdırır və quraşdırırıq. Əsas məsələ, yerli istehsal olduğu üçün bütün bu proses daha tez baş verir və sifarişə dəyişiklik edəndə çox gözləməyinizə ehtiyac qalmır.

Məhsullarımız barədə ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Yanğına davamlı qapılarımız hər il Türkiyədə test olunur və müvafiq sertifikasiyadan keçir.Test zamanı bütün qapı dəsti ...
31/05/2022

Yanğına davamlı qapılarımız hər il Türkiyədə test olunur və müvafiq sertifikasiyadan keçir.

Test zamanı bütün qapı dəsti yerində quraşdırılmış kimi divara bərkidilir. Sonra qapının bir üzü yanğın zamanı gözlənilən istilik şəraitinə məruz qalır, bu təxminən 950-1000 dərəcədir. Testlər zamanı qapının yuxarı hissəsi kiçik təzyiq altında olmalıdır. Bu, yanğın zamanı baş verə biləcək şərtləri simulyasiya edir.

Qapının hər iki üzünün də yanğına davamlı olduğunu yoxlamaq üçün hər iki tərəfdən sınaqdan keçirilməlidir. Bu o deməkdir ki, sınaq üçün iki nümunə tələb olunur.

Sınaqlar sertifikasiyanın növündən asılı olaraq 45 - 90 dəqiqə davam edir. Qapı standartlara uyğun hazırlanıbsa, sonda qapıda müəyyən qədər əyilmə baş verir, amma alovu keçirmir və təhlükəsizliyi təmin edir.

Məhsul kataloqunu əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Yanğın çıxışlarında adi qapılar etibarlı deyil.Çünki hazırlandığı material alova davamlı deyildir və təxmini 10 dəqiqə ə...
27/05/2022

Yanğın çıxışlarında adi qapılar etibarlı deyil.

Çünki hazırlandığı material alova davamlı deyildir və təxmini 10 dəqiqə ərzində qapı yanıb kül ola bilir. Belə olan halda isə sakinlərin binadan təxliyə olmasına təhlükələ yaranır.

Binalarda tələb olunan standartlara əsasən yanğın çıxışlarında yanğına davamlı qapılardan istifadə olunmalıdır. Çünki bu tip qapılar növündən asılı olaraq 120 dəqiqəyə qədər alova müqavimət göstərir və yayılmasının qarşısını alır.

Sigmadoor olaraq müxtəlif ölçü və rənglərdə yanğına davamlı taxta qapılar təklif edirik. Beynəlxalq sertifikasiyalı qapılarımız haqqında ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

Yanğına davamlı qapılarınızı sifarişinizə uyğun ölçü və rənglərdə istehsal edirik, peşəkar ustalarımızla çatdırılma və y...
24/05/2022

Yanğına davamlı qapılarınızı sifarişinizə uyğun ölçü və rənglərdə istehsal edirik, peşəkar ustalarımızla çatdırılma və yerində quraşdırılmanı həyata keçiririk.

Nəticədə,

Sifarişə dəyişiklik etmək istəsəniz, bu daha tez reallaşır

Təhvil prosesi daha sürətli və vaxtında olur

Xərclərə qənaət edirsiniz

Məhsullarımız haqqında ətraflı məlumat üçün bizə yazın.

Yanğın çıxış qapılarının düzgün qaydada montaj edilməməsi ağır nəticələnə bilər:- Montajda boşluqlar buraxılıbsa, yanğın...
20/05/2022

Yanğın çıxış qapılarının düzgün qaydada montaj edilməməsi ağır nəticələnə bilər:

- Montajda boşluqlar buraxılıbsa, yanğının yayılmasının qarşısını almaq üçün qapı kifayət etməyəcək
- Düzgün montaj edilməməsi qapını zədələyə bilər, bu isə əlavə xərc deməkdir
- Montaj sağlam edilməyibsə, qapı yanğın zamanı təhlükə yarada bilər

Sigmadoor olaraq, yanğına davamlı qapıların sifarişə uyğun istehsalı, çatdırılması və quraşdırılmasını təklif edirik. Məhsul kataloqu ilə tanış olmaq üçün bizimlə əlaqə saxlayın.

Sigmadoor olaraq qapılarımız hər il EI sertifikasiyaları üçün testlərdən keçirilir.EI sertifikasiyası nədir?E - Yanğın z...
18/05/2022

Sigmadoor olaraq qapılarımız hər il EI sertifikasiyaları üçün testlərdən keçirilir.

EI sertifikasiyası nədir?

E - Yanğın zamanı qapının bütövlüyü (dağılmazlığı, yanğın keçirməzliyi). Bu göstərici qapının yanğın zamanı alovla təmasda bütövlüyünü qoruduğunu, dağılıb-deşilmədiyini ifadə edir.

I - İstilik keçirməzlik (yanğın tərəfindəki istiliyi müəyyən dərəcədə qapının digər tərəfinə keçirməmək imkanı). Bunun məqsədi qapının digər tərəfində üstündə kağız, pərdə və bunun kimi yanıcı əşyalar varsa, onları yanğından qorumaqdır.

Son aparılan testimizdə qapılarımız EI45 və EI60 sertifikasiyalarını uğurla keçdi. Buradakı 45 və 60 istiliyin kecirməzliyi müddətini ifadə edir.

Beynəlxalq standartlara uyğun qapılarımızı sifariş etmək üçün bizimlə əlaqə saxlayın.

Sifarişinizə uyğun yanğına davamlı qapıları həm istehsal edirik, həm də çatdırılma və montajını da həyata keçiririk.Yerl...
17/05/2022

Sifarişinizə uyğun yanğına davamlı qapıları həm istehsal edirik, həm də çatdırılma və montajını da həyata keçiririk.

Yerli istehsalçıdan sifariş vermək sizə üstünlüklər qazandırır:

- Sifarişin hazırlanması daha tez baş verir
- Sifarişə dəyişiklik etmək mümkün olur
- Çatdırılma və montaja zəmanət verilir

Bunların nəticəsində isə siz xərclərə və vaxta qənaət edirsiniz. Məhsul kataloqunu əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Sigmadoor olaraq Naftalan Qaşaltı hoteli yanğın çıxış qapıları ilə təchiz etdik. Ümumilikdə 50-dən çox yanğına davamlı q...
06/05/2022

Sigmadoor olaraq Naftalan Qaşaltı hoteli yanğın çıxış qapıları ilə təchiz etdik. Ümumilikdə 50-dən çox yanğına davamlı qapı PMD şirkətinin sifarişinə əsasən təhvil verildi. Bizi seçdikləri üçün təşəkkür edirik.

Məhsullarımız haqqında məlumat üçün bizimlə əlaqə saxlayın.

Yanğın zamanı sakinlərin təhlükəsizliyini riskə atmayın.Adi qapılar alovla təmasdan sonra 5-10 dəqiqə müddətində yanaraq...
04/05/2022

Yanğın zamanı sakinlərin təhlükəsizliyini riskə atmayın.

Adi qapılar alovla təmasdan sonra 5-10 dəqiqə müddətində yanaraq təxliyə zolağını alov və tüstü ilə bürüyür. Bu isə qaçan təxliyə zolağındakı sakinlərin həyatını riskə atır.

Yanğına davamlı qapılar isə növündən asılı olaraq 120 dəqiqəyə qədər alova müqavimət göstərir və sakinlərin təhlükəsiz təxliyəsini təmin edir.

Qapılarımız EI60 və EI45 sertifikasiyasından müvəffəqiyyətlə keçdi.Sual yarana bilər ki EI nədir?E - Yanğın zamanl qapın...
28/04/2022

Qapılarımız EI60 və EI45 sertifikasiyasından müvəffəqiyyətlə keçdi.

Sual yarana bilər ki EI nədir?

E - Yanğın zamanl qapının bütövlüyü (dağılmazlığı, yanğın keçirməzliyi)

I - İstilik keçirməzlik (yanğın tərəfindəki istiliyi müəyyən dərəcədə qapının digər tərəfinə keçirməmək imkanı. Bunun məqsədi qapının digər tərəfindəki üstündə kağız, pərdə və bunun kimi yanıcı əşyalar varsa, onları yanğından qorumaq)

Gördüyünüz kimi testin sonunda qapı deformasiya olur, amma heç bir halda qapının bütövlüyü pozulmur və yanğın digər tərəfə keçmir.

Yanğın qapılarınızın rəngini siz seçirsinizSigmadoor olaraq yanğına davamlı qapıların dizayn elementlərində (rənglər və ...
25/04/2022

Yanğın qapılarınızın rəngini siz seçirsiniz

Sigmadoor olaraq yanğına davamlı qapıların dizayn elementlərində (rənglər və aksessuarlar) geniş seçimlər təklif edirik. Qapıları seçdiyiniz rəng və aksessuarlara uyğun sifariş verə bilərsiniz.

Məhsul kataloqumuzla tanış olmaq üçün bizə yazın.

Address

Alasgar Gayibov Str
Baku

Alerts

Be the first to know and let us send you an email when Sigma Door posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sigma Door:

Share