14/08/2025
12.08.2025-ci il tarixində iştirak etdiyimiz "CEO Breakfast" görüşü dəyərli müzakirələr, faydalı fikir mübadilələri və yeni tanışlıqlar ilə yadda qaldı.
Fərqli sahələrdən peşəkarların bir araya gəldiyi bu tədbir işgüzar əlaqələrimizi genişləndirmək və yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından önəmli oldu.
Səmimi qarşılanma və təşkilatçılığa görə "COMELSON" MMC-yə ( .azerbaijan ) təşəkkür edirik.
İnanırıq ki, bu tip görüşlər gələcək uğurlu layihələr üçün möhkəm zəmin yaradacaqdır.