18/01/2020
Dövrümüzün tələbi– KOMFORT
Artıq bazarlarda, marketlərdə hazır, qablaşdırılmış mürəbbə, kompot, tutmalar, xəngəl və s. görə bilirik.
Bir çox hallarda evdə hazırlanan eyni qidalar aldığımız qablardakından daha ləzzətli olur və daha baha başa gəlir. Ancaq və lakin insanlar onları alırlar. Maraqlı gəlib mi sizə ki, Niyə?
Artıq dövrümüzdə rəqabət o həddə çatmışdır ki, şirkətlər təkcə insanlara lazım olan məhsulu daha aşağı qiymətə satmağa deyil, onlara müəyyən dəyərlər qatmağa çalışırlar. Bu dəyərlərdən ən öndə gələnlərindən biri də insanların komfortudur. Ev şəraitində bu məhsulların hazırlanması əlavə vaxt, enerji, zəhmət, məhsulların yığılması üçün yertələb edir. Şirkətlər isə insanları bu zəhmətdən azad edirlər.
Rəqabət təkcə bu məhsulların istehsalçıları arasında deyil, sadə iş mühiti insanları üçün də keçərlidir. İnsanlar gün ərzində çalışır və onların zamanı dəyərlidir. Hər itirdiyi an müəyyən gəlir itkisi və ya gərgin bir gün sonunda istirahət zamanıdır.
Bu səbəblə müştəri təkcə məhsulun özünə yox, həm də bu məhsulu özü istehsal edəcəyi zaman qarşılaşacağı çətinlikləri nəzər alır və bir çox zaman öz komfortunu seçir.
Bizim çalışdığımız sahəmizdə vəziyyət demək olar bənzərdir. Bir işi olan sahibkar, şirkət məsələn havalandırma sistemini qurmaq üçün araşdırmaya başlayır və bir çox yerlərə müraciət edir. Təbii ki, mövzunun dərinliyinə qədər məlumatlı olmayan sifarişçi qiymət faktorunu əsas tutur. Ən aşağı qiymətə olan təklifi reallaşdırmağı seçir.
Lakin unutmayaq ki, heç kim o qədər zəngin deyildir ki, ucuz bir şey alsın.
Çox zaman sırf qiymət rəqabətində qalib gəlmək üçün sifarişçiyə bazarda olan ən ucuz fanlar, kondisionerlər, kustar üsullarla sexlərdə hazırlanmış havalandırma kanalları, hesablanmamış, layihələnməmiş işlər təqdim olunur.
Sonrasında isə sistemdə çatışmazlıqlar, düzgün işləməmə, avadanlıqların qısa müddət sonra sıradan çıxması və bu kimi hallar ortaya çıxır. Bu isə komfortu deyil, diskomfortu yaradır. Nəticədə sifarişçi nə etmiş olur?
Az məbləğ qarşılığında özünə problem, diskomfort və 'heç nə' alır.
Seçim etmək sizə qalır.
Komfort yoxsa yeni macəraların başlanğıcı?