Azəraqrartikinti ASC

Azəraqrartikinti ASC Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Azəraqrartikinti ASC, Construction Company, Akademik Şəfayət Mehdiyev Küçəsi, AZ Bakı, Baku.

17/06/2023

06.06.2023-cü il - Prezident cənab İlham Əliyevin iştirakı ilə açılış olmuş Kənd Təsərrüfatı Nazirliyin yeni inzibati binasına həsr olunmuş video rolik.
Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.
Bu gözəl və müasir binanın keyfiyyətlə tikilməsində əsas baş podratçı "Azəraqrartikinti" ASC-dir.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib. Binanın tikinti iş...
07/06/2023

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Bakıda yeni inzibati binası istifadəyə verilib.
Binanın tikinti işləri "Azəraqrartikinti" ASC tərəfindən həyata keçirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Beləliklə, paytaxtda modern üslubda tikilən binalar sırasına daha biri əlavə olunub. Xətai rayonu, Nəcəfqulu Rəfiyev və Süleyman Vəzirov küçələrinin kəsişməsində ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir.
Yeni binanın tikintisinə 2017-ci ildə başlanılıb və bu ilin iyun ayında başa çatdırılıb. Müasir memarlıq üslubuna uyğun inşa olunan bina nazirliyin aparatı ilə yanaşı, Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzi, Aqrar İnnovasiya Mərkəzi və Aqrar İnkişaf Könüllüləri olmaqla 500-ə yaxın əməkdaşın fəaliyyəti üçün nəzərdə tutulub.
Binanın hündürlüyü 12 metr olan foyesində “Əbədiyyət” kompozisiyası nümayiş olunur. Kompozisiyanın müəllifi rəssam-heykəltaraş Rəşad Mehdiyevdir.
Üç hissədən ibarət olan kompozisiyanın rəmzi motivi Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyini əks etdirir.
Kompozisiyada Azərbaycan xalqının həyat fəlsəfəsinə uyğun əbədi dəyərləri, qalib insan ruhunu, zəhməti və bərəkəti, dayanıqlılığı nümayiş etdirən ideyalar əksini tapıb. Mərkəzdə Heydər Əliyevin büstü olan kompozisiyada ağacın budaqları səmaya və sonsuzluğa doğru ucalır. Kufi üslubunda xüsusi bir nizamla yaradılan şəbəkə səmanı ifadə edir. Səmada Ümummilli Liderin anadan olmasının 100 illiyini əks etdirən 100 ulduz parlayır.
Ağacla bərabər səmaya ucalan sütunlar ərzaq təhlükəsizliyinin dayanıqlılığını təcəssüm edir. Ağacın budaqları kompozisiyanın sağına - qələbə və sülhün bərqərar olduğu bərəkətli torpaqlar əks edilmiş rəsmə doğru uzanır. Yağlı boya ilə işlənən əsərdə əzəmətli dağın və geniş buğda zəmisinin üzərindən səmaya doğru pərvazlanan göyərçinlər 44 günlük Vətən müharibəsində qazanılan Qələbəni müjdələyir.
“Əbədiyyət” kompozisiyasının sol hissəsində torpaqlarımızda yetişən nemətləri təqdim edən insan əlləri heykəli əks etdirilib. Bərəkət və zəhməti təcəssüm etdirən əllər ağacın budaqlarından qidalanır.
Binada Ümummilli Liderə həsr olunan xüsusi “Heydər Əliyev-100” guşəsi də yaradılıb. Bu il xalqımız müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Ulu Öndərin Azərbaycanda aqrar sahənin inkişafı ilə bağlı gördüyü işlər guşədə geniş əks olunub.
Nazirliyin yeni binasında 215 otaqdan ibarət işçi mərtəbələrdə əməkdaşların fəaliyyəti üçün hər cür şərait yaradılıb. Binada nazirliyin Elektron İdarəetmə Mərkəzi üçün xüsusi otaq, hər cür şəraitə malik və müasir multimedia vasitələri ilə təchiz olunan konfrans və iclas zalları, həmçinin müxtəlif təyinatlı iclas otaqları, yeməkxana var.

14/02/2023

Birlik və həmrəylik nümayiş etdirmək, çətin günlərdə qardaş harayına yetişmək və yardımsevərlik Azərbaycan xalqına xas olan yüksək mənəvi keyfiyyətlərdən biridi

14/02/2023

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarına, xəsarət alan insanların öz sağlamlıqlarına qovuşması üçün görülən təxirəsalınmaz işlərə dəstək verilməsi üçün “Azəraqrartikinti” ASC tərəfindən Türkiyənin Daxili İşlər Nazirliyinin Afet ve Acil ...

“Azəraqrartikinti” ASC-dən dən Türkiyəyə 225 000 Tl dəstək 🇦🇿🇹🇷Birlik və həmrəylik  nümayiş etdirmək, çətin günlərdə qar...
14/02/2023

“Azəraqrartikinti” ASC-dən dən Türkiyəyə 225 000 Tl dəstək 🇦🇿🇹🇷

Birlik və həmrəylik nümayiş etdirmək, çətin günlərdə qardaş harayına yetişmək və yardımsevərlik Azərbaycan xalqına xas olan yüksək mənəvi keyfiyyətlərdən biridir. Qardaş Türkiyədə baş vermiş və hər bir azərbaycanlını sarsıtmış dəhşətli zəlzələnin ilk saatlarından Türkiyə xalqına göstərilən dəstək xalqlarımız arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı hörmətin möhkəm və əbədi olmasının növbəti əyani sübutudur. Mərhəmət və humanizm prinsipləri, yardımsevərlik hər zaman Türkiyə- Azərbaycan münasibətlərinin ayrılmaz hissəsi olub.

Zəlzələ bölgəsində axtarış-xilasetmə əməliyyatlarına, xəsarət alan insanların öz sağlamlıqlarına qovuşması üçün görülən təxirəsalınmaz işlərə dəstək verilməsi üçün “Azəraqrartikinti” ASC tərəfindən T.C. İçişleri Bakanlığı Afet ve Acil Durum Yönetimi Başkanlığı - AFAD-a 225 000 TL ianə edilib.

“Azəraqrartikinti” ASC hər bir azərbaycanlı bu ağır günlərdə Türkiyənin yanında olmağa səsləyib.

27/01/2023
19/01/2023
Respublikanın ən böyük tikinti-inşaat şirkətlərindən biri olan "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin uğurlu və hə...
16/12/2022

Respublikanın ən böyük tikinti-inşaat şirkətlərindən biri olan "Azəraqrartikinti" Açıq Səhmdar Cəmiyyətinin uğurlu və hər zaman təqdir olunan fəaliyyətinə həsr edilmiş kitab-albom nəfis tərtibatda yenicə çapdan çıxıb.
Kitab-albomda “Azəraqrartikinti” ASC-nin müxtəlif dövrlərdə icra etdiyi ölkə əhəmiyyətli layihələr haqqında fotolar və tanıtım xarakteri daşıyan kiçik məlumatlar öz əksini tapıb.

Address

Akademik Şəfayət Mehdiyev Küçəsi, AZ Bakı
Baku

Website

Alerts

Be the first to know and let us send you an email when Azəraqrartikinti ASC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share