FormCond MMC

FormCond MMC www.formcond.az Artıq on ili aşan təcrübəmizə əsaslanaraq, qarşımıza qoyulan istənilən vəzifənin ohdəsindən cevik və lazımı şəkildə gəlməyə qadirik.

AEM GROUP şirkətlər qrupu (2003-2009 illər ərzində Concord AEM MMC adı altında fəaliyyət göstərmişdir) Azərbaycan respublikasında isitmə, soyutma və havalandırma sistemlərinin və avadanlıqlarının satışı, quraşdırılması və satişdan sonra xidməti sahəsində qabaqcıl şirkətlərdən biridir. “AEM GROUP” 2003-cü ildə qurulmuşdur və bu müddət ərzində həm pərakəndə satiş sahəsində həm də layihələrin icrasın

da böyük uğurlar qazanmışdır. Bu illər ərzində şirkətimiz ölkə iqtisadiyyatının sürətli inkişafının nəticəsi olaraq böyüməkdə olan özəl sektorun daha da inkişaf etməsində iştirak etməkdədir. Belə ki, “AEM GROUP” şirkətlər qrupu dünyanın isitmə, soyutma və havalandırma sistemlərinin və avadanlıqlarının istehsalı sahəsində ən məhşur şirkətləri olan Mitsubişi Ağır Sənaye (Mitsubishi Heavy Industries) və İtaliyanın ən böyük soyutma sistemlərinin istehsalçısı RHOSS şirkətlərinin Azərbaycanda rəsmi nümayəndəsi olmaqla, bunların satışı və satışdan sonrakı xidməti ilə məşğuldur. Bundan başqa “AEM GROUP” şirkətlər qrupu Tükiyyənin ən böyük havalandırma qurğuları istehsalçısı olan Üntes şirkətinin istehsal etdiyi mallarin satışı ilə də məşğuldur.
Şirkətimizin fəaliyyətinin əsas istiqamətini:

İnşaat daxilində mühəndis qurğular (İsitmə, soyutma və havalandırma sistemləri)
Layihələndirmə və dizayn,
Mexaniki avadanlıqlarla təchizat,
İstehsal sahələrinin avtomatlaşdırılması,
Ağıllı ev sistemləri,
İstismar və monitoring,
Konsaltinq xidmətlərinin gostərilməsi,
Sənaye soyoducuları və soyuqxanalar,
Yanğın xəbərdarlıq və söndürmə sistemləri,
Müşahidə kameraları sistemləri


Dünyanın aparıcı istehsalçılarının təcrübəsinə arxalanaraq, biz sifarişcilərə düşünülmüş və son texnologiyalardan istifadə etməklə yuxarıda sıralanmış xidmətləri təklif edirik. Biz öz işimizi hər-hansı bir sistemi quraşdırıb, işə salıb, sizə təhvil verməklə bitmiş hesab etmirik. Hər bir obyekt daima nəzarətimiz altındadır və mutəxəssislərimiz hər an yarana biləcək problemləri aradan qaldırmağa hazırdır. Bizə muraciət edənlərin əksəriyyəti bu gunədək bizimlə əməkdaşlığı davam etdirir. Fəaliyyətimiz dövründə, dövlət əhəmiyyətli, stratejik bir çox layihənin öhdəsindən gəlmişik. Rəqabətin kəskin olduğu bu sahədə, prinsiplərindən dönməyərək qoyduğu hədəflərə nail olan şirkətik.

Address

Baku

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00

Alerts

Be the first to know and let us send you an email when FormCond MMC posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to FormCond MMC:

Share