Baku Security

Baku Security Baku Security keyfiyyətli kamera və təhlükəsizlik sistemləri ilə sizə evinizdə və iş yerinizdə rahat və güvənilir bir həyat sunur

12/09/2017

Təhlükəsizlik Kameralarına Yaxalanmış 10 Maraqlı Səhnə

Analog Kamera sistemləri və Onun XüsusiyyətləriBu məqalədə inşallah təhlükəsizlik sistemlərindən biri olan anlog kamera ...
12/09/2017

Analog Kamera sistemləri və Onun Xüsusiyyətləri

Bu məqalədə inşallah təhlükəsizlik sistemlərindən biri olan anlog kamera sistemini mümkün qədər ətraflı olaraq araşdırmağa, terminləri və diqqət etəmiz gərəkən şeylər haqqında yazmağa çalışacam Allahın köməyi ilə. Mövzuya keçməmişdən əvvəl nə üçün Analoq kamera sistemini və bilməmiz gərəkənlər mövzusunu seçdiyimi açıqlayım. Günümüzdə kamera təhlükəsizlik sistemlərini qurduran iş adamlarımız artdıqca bu işi görən insanlarımız (Usta və ya mühəndis) da artır. Ama təssüf ki, həm alıcılarımızın bu sistemi qurdurmazdan əvvləki araşdırmamazlığı həmdə qurucularımızın bu işə qeyri profesional yaxınlaşması bir neçə müddətdir ki, gördüyümüz işlərdə bəzi iş adamlarının bu güvənlik sisteminin işə yaramaz olduğu düşüncəsiylə qarşılaşmamıza səbəb olub. Əslində günümüz texnologiya imkanlarında analog kameralarla işləməməyə diqqət edirəm, ama bu sistemin işə yaramaz olmasına dəlil deyil. İnsanlarımızın bu düçüncəyə düşməsinə səbəb bu işin qurucularının “kabelləri lazımi yerə qoş işləsin, görüntü gəldi mən getdim 🙂 ” fikirli olmasından və işləməsindən irəli gəldiyini düşünürəm. Çox uzatmadan artıq mövzumuza keçmək, bu işin o qədər asan olmadığını göstərməyə və dəqiq hesaplarla görülərsə çox işə yarayacağənı göstərməyə çalışım 🙂 ..

İşıq Səviyyəsi:

Kameranın gecə-gündüz minimum işıq qəbul etmə səviyyələrini ayrı-ayrı bilmək lazımdır. 30m2-lik bir bağlı sahədə (divarlar ağ fərz edilsə) 0.5lux minimum işıq aydınlatması olan bir kamera 50w-lıq yanan bir lampa işıqlandırmasıyla cisimləri asanca görmənizi təmin etməlidir. Əgər bu şərtlər təmin edildiyi halda görüntüdə keyfiyyətsizlik var isə rahatlıqla kameranızın lux dəyərinin sizə deyildiyi kimi olmadığına qərar verə bilərsiniz.

Lux dəyəri:

Lux bir kameranın ən aşağı işıq səviyyəsində görüntüləmə səviyyəsidir, Lux nə qədər aşağı olarsa kamera bir o qədər aşağı səviyyəli işıq dərəcəsində görüntü əldə edə bilər.

Day/Night (gecə-gündüz):

Gündüzləri rəngli olaraq görünüş verərlər, axşam olub qaranlıq çöküncə ağ-qara moda keçərək qaranlıq bir mühitdə qara ağ görünüş verən kameralardır. Day/Night Kameralar işıq olmayan zülmət qaranlıq bir mühitdə görüntü vermirlər. Çox azda olsa bir miqdar işıq olmalıdır. nümunə versək 30m2-lıq bir otaqda zülmət qaranlıqda kameradan görünüş ala bilmərik, lakin bir şam yandırsaq görüntü alamamız mümkündür.

BLC (Backlight compensation):

Kamera bir pəncərə və ya şüşə qapı kimi bir yerə baxırsa, arxadan gələn işığın şəxslərin üzlərini qaraltmaması üçün arxadakı işığın qarşılanmasını təmin edir.

AGC (Automatic gain control):

Avtomatik qazanc idarəsi. Aşağı işıq səviyyələrində video işarəsinin səviyyəsini yüksəldən elektronik dövrədir.

ALC (Automatic level control):

Avtomatik irisli lenslərdə peak/average olaraq da bilinir. Bu “peak” edilsə ekrandakı parlaq bölgələr daha detallı, “average” edilərsə də qaranlıqda qalmış bölgələr daha detallı görülər.

AWB (Avto white balance):

Rəngli kameralarda kameranın ətrafdakı işıq miqdarına görə avtomatik olaraq rəngləri nizamlaması.

OSD menyusu:

Ayrıca kameranın digər əhəmiyyətli bir xüsusiyyəti kameranın üzərində OSD menyusunun olmasıdır. Bu menyu sayəsində kameranın üzərindən dəqiqlik tənzimləmələri etmək mümkündür.

Görüntü dəqiqliyi: 580 line(Sətir), ( 750(H)x580(V); 435,000 pixel bunlar nədir?

Ən çox bilinən həllolma dəqiqliyi xüsusiyyəti Line(Sətır) olaraq ifadə edilir. Üfüqi və Şaquli piksel sayını isə 750(H)x580(V) parametri bizə göstərir, piksel sayı kameranın həllolma dəqiqliyində təsirli olsa da bu praktikada çox fərq edilmir. Daha çox 580TVL və 435,000 piksel sizin üçün bir müqayisə ünsürü olacaq. Satıcıya Satıcıdan ilk olaraq bu iki xüsusiyyəti öyrənməyə çalışın.

Təxmini olaraq üfüqi (horizantal) piksel sayını Sətir sayına çevirmək üçün:

TV Lines = piksel * 0.7 Nümunə: 750pixel təxminən =525TVL-dir.

450 lines Y/C Kameranı yalnız bu TV sətiri dəstəkləyən bir monitor və bu sətir sayını dəstəkləyən idarə avadanlıqlarda izləyə bilərisiniz. İstifadə etdiyiniz kameranın həllolma dəqiqliyindən daha aşağı həllolma dəqiqliyinə sahib monitor və idarə avadanlıqları ilə birlikdə istifadə edəcəksinizsə, bilməlisiniz ki kameranızın yüksək həllolma dəqiqliyi sizin işinizə yaramayacaq. Götürdüyünüz məhsullar xüsusiyyətləri baxımından bir-birini tamamlamamalı və uyğun olmalıdır.



Avtomatik İşıqlandırma müddəti (Avto Exposere Control):

Elektronik iris olaraq da adlandırıla bilər. Bu sistem CCD kameralar üçün inkişaf etdirilmişdir. CCD sensora gələcək işıq miqdarını avtomatik olaraq nizamlamağı təmin edir. Bir çox istehsalçıda Avto İris Lens xüsusiyyəti olaraq ifadə edir. Manual İris yerinə Avto İris lens istifadə etmək görüntü keyfiyyətini olduqca artırır. Uzun müddət şiddətli gün işığına məruz qalınacaq yerlərdə Avto İris Lens istifadə etməmək kameraların CCD sensorlarda problemə səbəbiyyət verə bilər.i

Sensor Ölçüləri (Sensor Size):

Əvvəlki kameralar yumru və balon şəklində idi. Kamera sensorlarıda bu balonun şəklində yəni yumru idi. Buda Kamera görüntülərinin indiki şəkliylə düz, dik kənarları olmasına mane idi. Günümüzdəki CCD sensorlar düz və düzbucaqlı şəklindədir. CCD sensorlarin ölçüləndirilməsi diyagonal olaraq edilir. Yəni CCD sensorun bir küncündən 45C əyilmə digər küncünə çəkiləcək doğrunun boyu CCD sensorun standart ölçülərini verir. Sensor ölçüləri bilinməlidir. Lens seçkisini buna görə etməniz lazımdır. Sensor ölçüləri bilinmədən seçilən Lenslər görüntü itkinlərinə , bütün ekranın görünməməsinə səbəb olar.

CCD sensorların gərginlik dəyərləri: Rənglidə peak to Peak :1.2 V, AĞ-qara 1.0V



Lens (Linza) :

CCTV lenslərdə lens performansı 2 əhəmiyyətli ünsürə bağlıdır. Mərkəz uzaqlığı, və sensora çatan işıq miqdarıdır, işıq miqdarını İris nizamlar. İris İnsan gözündə iris mühitdəki işıq miqdarı artdıqca gözə gələn işığı normal səviyyədə tutmaq üçün qısılar, azaldıqca isə daha çox işıq götürmək üçün açılar. Lenslərdəki irisən iş prinsipi də eynidir. İris Manual/Avtomatik və ya uzaqdan idarə edilə bilər . Mərkəz uzaqlığı sabit lenslərdə optik olaraq böyütmə/kiçiltmə mümkün deyil. Varifocal Lenslər də mərkəz uzaqlığını dəyişdirərək zoom(böyütmə) edə bilmək mümkündür.

lens-group-BIG

Lens Montajı:

Bütün CCTV Lenslər C mount (montaj ) olaraq emal edilirdi. Ölçü və montaj tipi fotoşəkilçilik standartlarına görə nizamlanmışdır. Yeni generasiya məhsullarda CS və C montaj olaraq da emal edilməkdədir. Eyni kameraya həm C həm də CS tipi lens taxmaq mümkündür. Kamerayla birlikdə verilən üzük şəklindəki adapterlə iki fərqli lens tipini də kameranıza taxa bilərsiniz. Səhv tipdə ilişən Lens fokus tənzimləməsini qeyri-mümkün hala gətirər.

industrial-camera-c-mount-lens-attachment

CS montaj C montaja nisbətən sensorla arasında daha qısa məsafədə fokus təmin edir. Lenslər tam olaraq bir-birləriylə uyğun deyil. CS tipindəki lens Yalnız CS tipində montaj edilə bilər. C tipindəki lens isə həm C tipində montaj edilə bilər , həm də 5mm lik üzük adapter sayəsində CS tipində montaj edilə bilər. Lens Ölçüləri Ən çox qarışdırılan mövzulardan biridə dəqiq görüntü uzaqlığı, Sensor uzaqlığı, lens mərkəz uzaqlığı seçimidr. Lenslər müəyyən Sensor ölçülərinə görə çıxarılır. Müəyyən bir sensor ölçüsünə görə emal edilmiş Lensi daha aşağı sensor boyuna sahib kameralarda istifadə edə bilərsiniz. Lakin daha böyük ölçülü CCD Sensorlarda istifadə edə bilməzsiniz. Lensin sensorun üzərində meydana gətirdiyi görüntü, sensorun böyüklüyünün altında qalmaması lazımdır. Əks təqdirdə monitorda görüntünü qara bir çərçivə içərisində görərsiniz. Səhv lensi dəyişdirdiyinizdə görüntü düzələcək.

3_2c

Professional məqsədli kameralarsa 1″ 2/3″ 1/2″, digər ümumi məqsədli tətbiqlərdə 1/3″ və 1/4″ istifadə edilə bilər .

image_sensor_size

2/3 sensorda cisimi tam olaraq görülür. Lakin 1/2 Sensor cisimin bütününü görə bilmir. Buradan da aydın olacağı üzrə 1/2″ Sensor üçün 1/2 Lens istifadə etməmək lazımdır.

Nəticə olaraq: Görüntünü doğru olaraq görə bilmək üçün daha kiçik ölçülərdəki sensorlar daha geniş bucaqda cisimləri görməmizə səbəb olar. Lenslər daha böyük sensor ölçüləri üçün istifadə edilməməlidir. Əgər görüntülərdə həddindən artıq böyüklük və ya bucaq səhvi varsa, lesnlə kamera sensorunun doğru seçilib, seçilmədiyinə baxın.



Göstərmə sahəsi:

Göstərmə sahəsi kamerayla göstərə biləcəyiniz sahə sensorunun böyüklüyü, Lensin mərkəz uzaqlığı və cisimin Lensdən uzaqlığına bağlıdır.

Nümunə:

50mm Lens 2/3″ kamera ilə 125 mt-də – 9.7%,

20 mt-də – 60.6%,

10 mt-də -120%.

50mm Lens 1/2″ Kamera ilə 150 mt-də – %11.2,

30 mt-də – %56,

16 mt-də – %120.

CCTV_Monitor 22 inch Spycam

Monitor:

Görüntü Monitorun diyaqanal ekran ölçüləri və sensorun quruluşu na bağlıdır, Diyaqanal olaraq sm/inch olaraq monitor sensor böyüklükləri:

9″ —- 0.3-0.6 12″ —- 0.6-1.0

15″ —- 1.0-1.3 17″ —- 1.3-1.6

4 kameranı bir ekranda görmək üçün minimum 15″ monitor istifadə etməniz lazımdır. 16 kameranı bir ekranda görmək üçün minimum 17″, tövsiyə edilən 21″ monitor istifadə etmənizdir Tək rəngli monitorlarda hər hansı bir həllolma dəqiqlik limitindən bəhs edilmir.

CCTV Monitorların ən əhəmiyyətli xüsusiyyəti kameralarda olduğu kimi görüntü dəqiqliyidir.

Görüntü dəqiqliyi ümumiyyətlə Line(sətir) olaraq verilir. 600 TV Line-dakı(sətirdəki) görüntü 400TV Line-da(sətirdə) daha geniş və daha böyük olaraq görmək olur. 9″ monitorda 17″ monitordan daha dəqiq bir görüntü alınır. Rəngli monitorlar ağ-qaralara nisbətən daha aşağı nəticə dəqiqliyinə sahibdirlər. Çünki rənglidə bir nöqtə üç ayrı nöqtədən meydana gəlir. buda texnologiya olaraq daha az həllolma dəqiqliklə emal edilmələrinə səbəb olur.

CCTV monitorlar Yalnız təhlükəsizlik məqsədiylə çıxarılmaqdadır və 7 Gün 24 Saat iş prinsipinə görə çıxarılmış olmalıdır.

CCTV Monitorunda mütləq kompozit (BNC) Giriş olmalıdır (ən azından RCA).

Görüntünün saxlanması : CCTV görüntü saxlama avadanlıqları hər hansı bir şeyi(kəsi) tapma baxımından kafi dərəcədə görüntü dəqiqliyə sahib olmadıqca kimlik təyinində sizə köməkçi olmayacaq. Görüntü qeydləri sadəcə lazımi işıq altında, uyğun görüntü dəqiqliyində və bir-biriylə uyğun idarə etmə cihazları seçildiyində sizə köməkçi ola bilər.

largeDVR4CF

DVR Cihazı:

DVR Cihazının ən əhəmiyyətli xüsusiyyəti frame sayıdır. Yəni saniyədəki şəkil sayıdır. DVR Cihazının Real time qeyd edə bilməsi üçün hər bir kanal üçün ən az 25 Frame/sn olmalıdır. Hesaplanması: X kanal * 25 frame. Nümunə üçün 4 kanal bir DVR 100 frame/sn olmalıdır.



CIF, 2CIF, 4CIF:

Digər bir Xüsususiyyət isə DVR cihazının Qeydyyat apararkən görüntü dəqiqliyidir. Nümunə olaraq CIF, 2CIF, 4CIF görüntü dəqiqliklərini əsas götürsək və bizim 4 Kanal DVR cihazımız 100 Frame/sn qeydiyyat apardığını fərz etsək. Burada diqqət yetiriləcək ikinci xüsusiyyət saxlanan görüntülərin dəqiqliyidir. Əgər cihazımız təkcə CIF görüntüləmə dəqiqliyində 100 frame/sn qeydiyyat aparırsa aşağı səviyyəli keyfiyyət əldə edəcəyik, yəni video izlərkən dəqiq olmayacaq. Lakin cihaz Real time (real zamanlı) qeyd edərkən 4 CIF görüntüləmə keyfiyyəti ilə qeydiyyat aparırsa çox keyfiyyətli videolar əldə edə bilərik.



MPEG-1, MPEG-2, MPEG-4, H264:

DVR Cihazında diqqət yetirilməsi lazım olan diyer bir xüsus. Cihaz qeyd edərkən Videoları sıxışdırma formatıdır. Cihaz MPEG-1, MPEG-2, MPEG-4, H264 formatlarında sıxışdırma edə bilər. Burada ən keyfiyyətli formatlar MPEG-4 və hələ yeni inkişaf etdirilən və daha keyfiyyətli olan H264 formatıdır. DVR Cihazının video sıxışdırma formatı Cihazın Hard Diskinə təsir edir. Nümunə olaraq MPEG-2 sıxışdırma istifadə edən cihazlar, MPEG-4 Cihazlara görə Hard diski daha tez doldurarlar. MPEG-2 sıxışdırmada DVR-da 20 saat qeydiyyat(saxlama) aöparılarkən MPEG-4 sıxışdırmada eyni DVR-da 50 Saat qeydiyyat(saxlama) aparıla bilər.

Triplex:

DVR cihazında digər əhəmiyyətli xüsus Triplex xüsusiyyətidir. Triplex cihazdan eyni anda həm arxivi izləmə həm də arxivləmə etmə, həm də canlı izləmə xüsusiyyətidir.

Loop through:

Başka bir xüsus DVR-də Loop through çıxışların olmasıdır. Bu xüsusiyyət sayəsində kameralardan gələn görüntülər çoxaldıla və başqa DVR və ya Matrixə köçürülə bilinir.

Kompozit çıxışı:

DVR Cihazının 2 ədəd kompozit çıxışı olmalıdır. 1 ədəd VGA çıxışı olmalıdır.

Network xüsusiyyəti:

Və təbii ki Network xüsusiyyəti olmalıdır. Bu sayədə internet üzərindən istədiyiniz nöqtədən DVR arxivinə və buna bağlı kameraları rahatlıqla izləyə bilərsiniz. Mümkünsə DVR cihazına kompüterinizə hər hansı bir proqram yükləmədən cihazın IP nömrəsi yazılaraq bağlana bilinməlidir.

VMD (video motion detection):

DVR Cihazının hərəkət qəbul etmə xüsusiyyəti olmalıdır. Bu sayədə verilmiş məkanda hərəkət olduğunda xəbər verməsini istədiyinizdə çox işinizə yarayacaq.



YCbCr:

JPEG və MPEG standartlarında istifadə edilən bir rəng koordinat sistemidir. Rəng məlumatları YCbCr formatında yazılır: Y/C – Y luminance (parlaqlıq) siqnalını, Cb və Cr isə chrominance (rəng) məlumatlarını saxlayır.

BNC cable

Composite video:

Analoq video siqnalını ifadə edər və CVBS (Composite Video Blanking and Sync) olaraq da adlandırılır. Səs siqnallarını daşımaz. Video məlumatı, Y/C (rəng və parlaqlıq) məlumatları tək bir siqnalda birləşdirilərək daşınır. Kompozit video, rəng və parlaqlıq məlumatını 2 ayrı siqnala ayıran s-Videonun tərsidir. Kompozit video cihazlar arasında RCA birləşdiricisi ilə daşınır(Proffesional tədbirlərdə BNC birləşdiricisi və coaxial ilə kabel daşınır), evlərdə istifadə edilən bir çox avadanlıqda bu (RCA) birləşdirici sarı rənglə işarətlənmişdir.

Composite cable



Keyfiyyətli yazılmış görüntülər, uyğun olmayan monitor və aşağı görüntü dəqiqliyindəki kamera görüntüləriylə alındığında doğru nəticələndirər əldə edə bilməyəcəksiniz.

Təhlükəsizlik Kameraları Keçmişdən GünümüzəZəngin bir tarixə sahib kameralar artıq uyğun qiymətlərlə satışda və axtardığ...
10/09/2017

Təhlükəsizlik Kameraları Keçmişdən Günümüzə

Zəngin bir tarixə sahib kameralar artıq uyğun qiymətlərlə satışda və axtardığınız təhlükəsizlik sistemini asanlıqla qurmanızı təmin edəcək çıxış yolları çox asandır. Kameralar IP, Analog və AHD sistemləri olaraq üç qrupa ayrılır. Bu sistemlər sayəsində həm eviniz həm də iş yerləriniz üçün olduqca güclü bir təhlükəsizlik sisteminə sahib olursunuz. Bu güvənlik sistemlərini keçmiş tarixdən günümüzə qədər olan keçid mərhələlərini incələyirik.

1500 İllər
Kameraların ilk istifadəsi 1500-cü ilə uyğun gəldiyini sübut edir. İlk iğnə dəliyi kamerası İbn Əl-Haytham tərəfindən tapıldığından, tarixi mənbələrdən istifadə etmək mümkündür. Bildiyiniz kimi, bu, ilk iğnə kamerası müasir kameralara heç bənzəmir.

1839
Fransız Elmlər Akademiyası daguerreotype fotoqrafiya maşınını elan etdi. Bir qutuya bənzəyən və olduqca maraqlı olan bu kameralar dünyanın ən bahalı ixtiralarının başındadır.

1912
Bell və Howell firması tamamilə metaldan hazırlanmış bir kamera icad etdi. Standart 35-mm filmlərlə çalışan bu kamera, kif və termit kimi maddələrin zərər verdiyi dəri və taxtadan hazırlanan kameraların önünə keçdi.

1927
Philo Farnsworth şəkilləri elektrik siqnallarına çevirdi. Bu addım bütün kameraların və kino tarixinin ən əhəmiyyətli addımlarından biri sayılır.

1932
Eastman Kodak'ın 8 mmlik kameraları, 16 mm filmləri kölgədə buraxdı və həvəskar kamera istifadəçiləri üçün istifadə qaynağı oldu.

1934
Bell və Howell amatör kamera istifadəçiləri üçün ilk kiçik video kamera istehsal etdi. Boyuna asma aparatı ilə əyləncələr və görüşlər üçün video qeydiyyat aparmaq olar . Hər yerdə hərəkət edə bilən bu kamera hələ də dizayn möcüzəsi sayılır.

1965
Kodak, ilk 8 mm filmləri bazara sürdü. Bu filmlər ekranda təsvirləri 30% -ə yaxın daha böyütməyə kömək etdi. Televiziyanın insanlar arasında yayılmasında Kodak'ın 8 mm film iradəsi rol oynayır.

1969
Sony ilk tape kaset formatını tapdıqdan sonra təhlükəsizlik kameralarının qeydləri saxlanıldı.

1973
Hansı şəhəri ilk təhlükəsizlik kamerasının istifadə edildiyini merak edərsənsə, cavab New York'dur! 1973-cü ildə şəhərin müəyyən hissələrində təhlükəsizlik kameraları yerləşdirilib.

1990
Digital Signal Multiplex ixtira edilmişdir. Bu birdən çox kamera eyni şəbəkədə eyni anda qeyd etməyə imkan verdi. Hər bir texnoloji proses təhlükəsizlik üçün daha praktik və faydalı üsullar gətirmişdir.

2000-ci ildən sonra
Davamlı texnologiya, minilliklərdən sonra sürət əlavə edərək həyatın hər bir istiqamətini inkişaf etdirməyə kömək etdi. Təhlükəsizlik kameralarının artması həm iş yerində, həm də evdə daha dinc mühit yaratdı.

Təhlükəsizlik kameraları sizi hər tərəfdən qoruyur. Evinizdəki dinclik və etibarı təmin etmək üçün bir lazımlılıq halına gələn təhlükəsizlik sistemləri sayəsində istəsəniz internet əlaqəsi olan hər yerdən kameralarınıza bağlanıb evinizi və iş yerinizi dərhal nəzarət edə bilər. Ən çox qiymətli əşyalarınızı, kassalarınızı, qarajınızı qısaca, hər yerdə 24/7 saxlaya bilərsiniz.

AHD Kamera və IP Kamera Arasındaki Fərq Nədir? Ev və ya iş yerinizə bir təhlükəsizlik sistemi qurmadan öncə  bütün cihaz...
10/09/2017

AHD Kamera və IP Kamera Arasındaki Fərq Nədir?


Ev və ya iş yerinizə bir təhlükəsizlik sistemi qurmadan öncə bütün cihazları yaxından tanımanız lazımdır.Ehtiyaclarınızı qarşılamayan və ya gözlədiyinizin üzərində olan güvənlik kameralarını almaq sizi daha çox məyus edəcəkdir. Beləliklə, hər bir modelin və markanın xüsusiyyətlərini bilməli və onların arasındakı fərqlərə diqqət yetirməlisiniz. Məsələn, AHD kameraları və IP kameralar əsasən bir-birindən fərqlənir və kameraların hər iki növü müxtəlif xüsusiyyətlərə malikdir. Aşağıdakı xüsusiyyətləri nəzərdən keçirə bilərsiniz.

Əməliyyat sistemləri

AHD kameralar

Analog HD kameralar olan AHD kameralarının ən fərqli cəhətlərindən biri HD keyfiyyəti ilə çəkilən görüntünü koaksiyel kabel (klassik televiziya və anten kabelləri) vasitəsi ilə alıcıya ötürür. Bu AHD kameralar, 1080p və ya 720p çözünürlük şəklinə malikdir. Mövcud təhlükəsizlik kamera sisteminizdən AHD kamera sisteminə keçərkən əlavə bir kabel xərci tələb olunmur. Eyni kabel vasitəsilə yüksək keyfiyyətli videolar əldə edə bilərsiniz.

IP Kameralar

IP təhlükəsizlik sistemləri, şəbəkə, local və internetdən istifadə edə biləcək kamera və yaddaş qurğularından ibarətdir. Simli və ya simsiz istifadə edilən IP kameralar əlavə aparat və kart tələb etmir. IP kameralar tək başına işləyir, mobil cihaz və ya kompüter vasitəsi ilə görüntü və videonu görməyə kömək edir. Hər hansı bir yerdən İnternet bağlantısı ilə görüntüyə nəzarət və canlı izləyə xidmətini sunan IP kameralar digər kameralardan bu üstünlüyü ilə seçilir. IP kamera sisteminizə uyğun mobil proqram və kompüter proqramı sizə lazım olan yeganə şey hesab edilə bilər.

İstifadə sahələri

AHD kameralar

AHD kamera sistemi istənilən yerdən istifadə etmək üçün nəzərdə tutulmuşdur. Ancaq bir kamera seçərkən, lüks səviyyəsinin (otaqda işıq intensivliyi), qətnamənin və işıq ehtiyacının istifadə edəcəyi ərazinizə uyğun olub olmadığını mütləq yoxlamalıdır. AHD kameraları, görüntü çipləri və qaranlıq və ya az miqdarda işıq olan otaq üçün seçdiyiniz keyfiyyətlər yüksək səviyyədə olmalıdır. Xüsusilə tətilə çıxarkən rahat hiss etmək üçün ən böyük üstünlüklərdən biridir.

IP Kameralar

IP kameralar uzaqdan baxış, təhlükəsizlik, veb-proqramları və daha çox ehtiyaclarınıza cavab verəcəkdir. Bundan əlavə, IP kameralar sizi tamamilə azad etmək üçün ön planda. Mağazalar, evlər kimi bir çox fərqli məkanlarda istifadə edə bilərsiniz, həmçinin nəzarət və mobil cihazlarınızla əlaqə saxlaya bilərsiniz. IP Cameras ilə hər cür analitik istək və ağıllı ehtiyaclarınızı təmin edə bilərsiniz. Məsələn, abituriyentlərin universitetdə göstərilən ərazidə gediş-gəliş sayını hesablaya bilərsiniz və ya avtomobilin qapısını avtoparklarda avtomatik açan və avtomobilin qapısını açan və bağlayan mürəkkəb həllər təqdim edə bilərsiniz.

Evinizin Güvəndə Olması Üçün Atmanız Gərəkən AddımlarEvin dinclik və təhlükəsizliyində yaşamaq təbiidir, çünki ev insanı...
10/09/2017

Evinizin Güvəndə Olması Üçün Atmanız Gərəkən Addımlar

Evin dinclik və təhlükəsizliyində yaşamaq təbiidir, çünki ev insanın şəxsi məkanıdır və bu, tək sığınacaq və tam azadlıqdır.

Dövlət tərəfdən qorunan şəxsi maraqlara baxmayaraq, güvənli bir ev üçün bir neçə əlavə tədbir alınmalıdır. Buna görə ev sahiblərinə çoxlu məsuliyyət düşür. Təhlükələr müəyyəndir, həlli isə sadədir: "Ev təhlükəsizlik sistemləri"

Texnologiya, ev təhlükəsizliyi sahəsində bizə kömək etməyə hazırdır və hər bir yeni təhlükəsizlik kamerasında əvvəlki nəsildən daha çox xüsusiyyət var. Evdə təhlükəsizliyə görə təhlükəsizlik avadanlıqlarından hansı istifadə olunur?

Siqnalzasiya sistemləri, IP təhlükəsizlik sistemləri və təhlükəsizlik sistemi yaddaş(DVR) avadanlıqları. Daha yüksək səviyyəli təhlükəsizlik üçün yeni nəsil elektron rəflər, lazer təhlükəsizlik sistemləri və barmaq izi oxucu sistemləri tətbiq edilir.

1 - Təhlükəsizlik kamera sistemləri

Təhlükəsizlik kameraları iki hissəyə bölünür. Bunlar bullet və Dome kameralardır. Bullet kameralar daha çox açıq hava və çöl şəraiti üçün əlverişlidir, Dome kameralar isə daha çox qapalı yerlərdə istifadə edilir. Kameralar da istifadə olunan texnoloji infrastruktura görə üç yerə ayrılırlar: Analog, AHD və IP kameralar.

a) Analoq kameralar
Analoq kameralar CCTV infrastrukturundan istifadə edərək MPEG və ya MJPEG formatında olan rəsimləri radio dalğaları şəklində alıcılara göndərir. Ortalama siqnal ötürmə məsafəsi 100 metrdir və görüntü keyfiyyəti digər kamera növləri ilə müqayisədə aşağıdır. Bazarda bu tərz kameralar ucuz qiymətə satılır.

b) AHD kameralar
AHD kameralar, analoq kameraların yüksəldilmiş versiyasıdır. AHD, "Analog High Definition" sözünün kısaltılması olaraq istifadə olunur. Şəkil keyfiyyəti analoq kameralardan daha aydındır. Kamera modelinə görə şəkillər 720p, 960p və 1080p çözünürlükdə əldə edilir. Bundan əlavə, quraşdırılmış analog sistemlər AHD sistemlərinə çevrilə bilər.

c) IP Kameralar
İP kameralarda şəkillər radio dalğaları şəklində genişzolaqlı rəqəmsal formatda göndərilir. IP Kameralar Analog və ya AHD kamera sistemlərinin qarşısında daha təhlükəsiz və daha aydın şəkil keyfiyyətinə malikdir. IP Kameralar kabelsiz və ya simsiz quraşdırıla bilər. Görüntü yaddaş qurğusunda və hətta kompüterdə belə saxlanıla bilər.

2 - Qeydiyyat (yaddaş) Qurğuları

Analoq və IP kamera sistemlərində görüntüləri idarə etmək üçün avadanlıq (qeydiyyat qurğusu) quraşdırmaq lazımdır.

Qeydiyyat (yaddaş) qurğuları kameralar tərəfindən göndərilən şəkilləri yaddaşa yazaraq izlənilməsinə imkan verir. Bu qurğu CCTV qeyd sistemi olaraq da bilinir.

Hansı Təhlükəsizlik Kamera Sistemləri Sizə Uyğundur?Təhlükəsizliyi təmin etmək üçün atdığınız hər bir addım sizə uğur gə...
10/09/2017

Hansı Təhlükəsizlik Kamera Sistemləri Sizə Uyğundur?

Təhlükəsizliyi təmin etmək üçün atdığınız hər bir addım sizə uğur gətirəcək. Təhlükəsizliyiniz yerində olacaq, və siz təhlükəsizlik kamera sistemlərinizdə ən uyğun olanı seçdiyiniz müddətcə gözünüz arxada qalmayacaq. Hər hansı bir halda xəbərdarlıq göndərən sistemlərdən tutmuş istədiyiniz an evinizə nəzarət etməyə imkan yaradan təhlükəsizlik kamera xidmətləri mövcutdur. Sizin üçün ən münasib məhsulu təyin etmək üçün, ilk növbədə, kameraların xüsusiyyətlərini bilməniz lazımdır.

Sizin təhlükəsizlik kamerasını quraşdırdığınız sahə və nəzarət altında tutmaq istədiyiniz ərazi aldığınız kamera sisteminin modelini təyin edir. Yəni ehtiyacınıza görə sistemləri seçməlisiniz.

Professional Təhlükəsizlik Sistemləri

Əgər ictimai yerlər, mağazalar, böyük şirkətlər və ofislər üçün kamera sistemi axtarırsınızsa, siz ehtiyaclarınıza yaxşı bir şəkildə seçim etməlisiniz. Professional bir təhlükəsizlik sistemində kameralar, yanğın və oğurluq həyəcan siqnalları, kodlu qapılar və şifrələmə kimi xüsusi özəlliklər vardır. Bütün bu xidmətlərin idarə olunması üçün xüsusi bir məkana ehtiyac vardır. İş yerinizin təhlükəsizliyini təmin etmək üçün bir təhlükəsizlik otağına ehtiyac vardır. Bu otaqda monitorinq və qeyd əməliyyatları həyata keçirə bilərsiniz.

Koaksiyel kabeldən (klassik televiziya və anten kabelləri) HD keyfiyyətində olan video signalları daşıyan bir AHD Kamera seçərkən nəzərə alınacaq amillərdən biri məkanın işıq səviyyəsidir. Kameraların işıq ehtiyacları ilə istifadə etməyi planladığınız işıq səviyyəsini müqayisə edərək, sizin üçün ən uyğun sistemə sahib olmağa qərar verin.

Ev Təhlükəsizlik Sistemləri

Ev istifadəsi üçün AHD Kamera Sistemlərini də seçə bilərsiniz. Bununla yanaşı, IP Kamera Sistemləri (istədiyiniz zaman evlə əlaqə qurmaq üçün) daha əlverişli olacaq.

Satın aldığınız yaddaş qurğuları ilə evdəki bütün hadisələri və şəkilləri qeyd edə bilərsiniz və internetdə izləyə bilərsiniz, sisteminizi smartfonlarla idarə edə bilərsiniz. IP Kamera Sistemləri texnologiyanı müasirləşdirmək və inkişaf etdirmək üçün daha əlverişli olacaqdır. IP kamera sistemləri ilə fərdi kompüterinizdə hər hansı bir uzaq internet saytından görüntüləri, surətlə izləyə və idarə edə bilərsiniz. Eyni zamanda, mobil telefonunuzdakı qeydlərə asanlıqla daxil ola bilərsiniz və evinizi diqqətlə baxa bilərsiniz.

Address

Neftçiler
Baku

Telephone

0504715002

Website

Alerts

Be the first to know and let us send you an email when Baku Security posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share