Nevroloq - EEG. Gunel Mamedova

Nevroloq - EEG. Gunel Mamedova Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nevroloq - EEG. Gunel Mamedova, Yasamal, Mətbuat, 35A, Baku.

Baş ağrıları.Əksər hallarda pacientlər nevroloqa baş ağrı ,baş gicəllənmə şikayətləri ilə müarciyət edir. Baş ağrısı - ə...
13/02/2019

Baş ağrıları.
Əksər hallarda pacientlər nevroloqa baş ağrı ,baş gicəllənmə şikayətləri ilə müarciyət edir.
Baş ağrısı - əzabverici və gündəlik aktivliyə mane olan vəziyyətdir. Səbəbləri müxtəlifdir. Bu haqda bir çox məqalələr, həkimlər tərəfindən maarifləndirici xarakterli videoroliklər mövcuddur. Sosial şəbəkələr vasitəsi ilə pacientlərin maarifləndirilməsinin bir səbəbi var: pacientlər illər boyu baş ağrılarından əziyyət çəkməsinlər, ağrı ilə yaşamağı vərdiş etməsinlər, ağrıların sayını, tezlik və gücünü azaltmaq və aradan qaldırmağa çalışmaq, ağrıların altında daha ciddi səbəblər yatarsa - zamanında aşkar edib mevafiq müalicə tədbiq etmək.
Baş ağrı nəyə deyilir? Baş nahiyyəsində olan hər hansı ağrı və ya diskomfort hissinə baş ağrıları deyilir. Baş ağrıları başı örtən toxumalarda – dəri, əzələ, başın vətər dəbilqəsində və onlarda olan damarlarda, kəllə sümüyü sümüküstlüyündə, beyin qişaları və onların damarlarında, kəllədaxili vena və arteriyalarda olan ağrı reseptorlarının qıcıqlanması zamanı əmələ gəlir.
Baş ağrıları çox geniş yayılmış haldır və əhalinin 90%-dən çoxunda həyatı boyunca baş verir.
Daha sıx rast gəlinən ağrılar haqqında qısa məlumat.
Miqren əmək qabiliyyətinin əhəmiyyətli dərəcədə itirilməsinə gətirən birincili baş ağrılarının ağır formasının ən geniş yayılmış növüdür. Miqren ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür. Yayılma dərəcəsinə görə 10% kişilərdə, 22% qadınlarda müşahidə olunur.
Miqren ağrılarının səciyyəvi xüsusiyyətləri:
 birtərəfli
 pulsasiya edən
 bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə artan
 intensivliyinə görə: orta ağır və ağır
 ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə müşayiət olunur
 əmək qabiliyyətinin itirilməsi
 adi fiziki yükdən baş ağrısının güclənməsi
Miqren tutmalarının müddəti 4-72 saat davam edə bilər, ayda 1 dəfədən hər gün davam edən tutmalar formasında müşahidə edilir.
Miqren tutmalarının ikinci zirvəsi qadınlarda 40-50 yaşlar arasında, bədəndə hormonal tarazlıq pozulanda və progesteronun səviyyəsinin kəskin şəkildə azalması hesabına “nisbi” hiperestrogeniyanın yaranması və sikldən-siklə hormonların səviyyəsinin tərəddüd etdiyi zaman baş verir. Menopauzanın başlanması və reproduktiv sistemdə dövrü proseslərin başa çatması miqrenin gedişatına müsbət təsir göstərə bilər.

Gərginlik baş ağrısı (GBA) geniş yayılmış baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA miqrenlə müqayisədə mülayimdir. Adi hallarda GBA zamanı BA aşağıdakı xüsusiyyətlərə malikdir:
 ikitərəfli lokalizasiya
 sıxıcı və ya təzyiqedici xarakter
 ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər
 ürəkbulanma və ya qusma yoxdur
 adi fiziki gərginlik zamanı artmır
 perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilər

Servikogen baş ağrısı
Xronik baş ağrılarının 14-18%-i servikogen mənşəlidir, yəni onurğa sütununun boyun hissəsində skelet-əzələ disfunksiyası nəticəsində əmələ gəlir. SBA, adətən, başın bir yarısını əhatə edən, boyundan və ya ənsə nahiyəsindən başlayan və gücünə görə maksimal ağrının cəmləşdiyi başın alın və gicgah hissələrinə yayılan orta və ya mülayim intensivlikli ağrı tutmaları ilə səciyyələnir. Ağrı boyunun spesifik hərəkəti və ya uzunmüddətli fiksə edilmiş vəziyyəti ilə bağlı güclənə bilər. Manual müayinə oynaq hərəkətliliyini, əzələlərin dartılma qabiliyyətini və bükülmə və dartılma formasında hərəkət diapazonunu müəyyən edir və diaqnozun qoyulmasında yardım edə bilər. Əgər vizual olaraq və ya müayinə üsulları ilə onurğa sütununun boyun nahiyəsində zədələnmələrin olduğu təsdiqlənirsə, baş ağrısı servikogen mənşəli ola bilər.
İstənilən baş ağrı şikayəti olduqda hekim müayinəsi, neyrogörüntüləmə və bəzi hallarda EEG ( elektroensefaloqramma ) müayinələri aparılmalıdır.

Baş ağrısı digər xəstəliklərin simptomu kimi meydana çıxa bilər!
Beyin şişləri
Beyin daxili qansızma
Kəskin sinusitlər ( burun ciblərinin iltihabı)
Beyin qişalarının iltahabı
Hipertonik ensefalopatiya ( yüksək təziq fonunda yaranan baş ağrısı)
Gigant hüceyrəli arteriit ( immun sistemi tərəfindən hədəfə alınan gigah arteriyası divarında baş verən iltihabi process)
Gözün daxili təziqinin artması
Baş ağrıya səbəb olan xəstəliklər və birincili baş ağrıları haqqında məlumatlar sözsüz ki, yazdıqlarımızla bitmir. Növbəti məqalələrimizdə digər nadir lakin şiddətli ağrılar haqqında paylaşımlarımız olacaq.
Zamanında mütəxəssisə müraciyət edin. Bu ilk növbədə sizin saglamlığınız üçün vacib və büdcəniz üçün ( illər boyunca ağrı əleyhinə preparatlara vəsait xərcləməkdən qurtulmaq) sərfəlidir.

Gərginlik baş ağrısı (GBA) geniş yayılmış baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə o...
12/02/2019

Gərginlik baş ağrısı (GBA) geniş yayılmış baş ağrısı formasıdır. Kişilərdə – 42%, qadınlarda isə 49% hallarda müşahidə olunur. GBA miqrenlə müqayisədə mülayimdir. Adi hallarda GBA zamanı BA aşağıdakı xüsusiyyətlərə malikdir:
 ikitərəfli lokalizasiya
 sıxıcı və ya təzyiqedici xarakter
 ağrılar yüngüldən orta ağırlıq dərəcəsinə qədər
 ürəkbulanma və ya qusma yoxdur
 adi fiziki gərginlik zamanı artmır
 perikranial əzələlərin ağrıları, işığa və ya səs-küyə qarşı artmış həssaslıqla müşahidə oluna bilər

Elektro  ensefaloqrafiya(EEQ) -baş  beyinin  funksional  fəaliyyətinin  bioelelektrik  aktivliklərinin  qeydiyyatının  q...
12/02/2019

Elektro ensefaloqrafiya(EEQ) -baş beyinin funksional fəaliyyətinin bioelelektrik aktivliklərinin qeydiyyatının qeyri-invaziv müayinə üsuludur.
EEQ- həssas müayinə olub, beyin qabığının və dərin beyin strukturlarının fəaliyyətinin ən həssas dəyişikliklərini qeydə almağa imkan verir.Bu müayinə baş beyində millisaniyələr ərzində baş verən dəyişiklikləri qeydə almaq imkanına malikdir.
Elektroensefaloqramma baş beyinin funksional fəaliyyətinin və qıcıqlara qarşı olan reaksiyalarının kəmiyyət və keyfiyyət baxımından təhlilini mümkün edir.EEQ müayinəsi diaqnostika və müalicə məqsədilə (xüsusən epilepsiya xəstəliyində), həmçinin baş beyinin qavrama, yaddaş, adaptasiya və s. kimi fəaliyyətlərinin öyrənilməsində geniş istifadə edilir.
Standart(rutin) EEQ müayinəsi 20-30 dəqiqə müddətində davam edir.19 ədəd elektrod Beynəlxalq 10-20 sistemi üzrə başın üzərinə yapışdırılır. Körpüvari,”qaşıq tipli” elektrodlardan istifadə edilə bilər.Son illərdə artıq elektrodların hazır yerlərinin mövcud olduğu xüsusi papaqlardan istifadə edilməyə başlanıb.Bu papaqlar müxtəlif ölçüdə olub,hər pasiyentə uyğun olan ölçüsü seçilir.Bir çox hallarda əlavə olaraq ürəyin fəaliyyətini izləmək məqsədi ilə EKQ-qeydiyyat elektrodalar da yerləşdirilir.
Müayinənin əsas hissəsində pasiyent rahatlanmış oyanıqlıq vəziyyətində olur (pasiyent ya oturaraq, ya da uzanaraq gözlərini yumur).Müayinənin gedişatı zamanı müxtəlif funksional sınaqlar icra edilir:gözlərin yumulub-açılması, müxtəlif tezlikli ritmiki fotostimulyasiya (hər fotostimulyasiyada 5 saniyə olmaqla gözlər yumulur, ya da açılır),hiperventilyasiya (3-5 dəqiqə ərzində dərindən, tez-tez nəfəsalma).
Müayinə bitdikdən sonra həkim EEQ-ni təhlil edib,nəticə yazır.Təhlil zamanı əldə edilən ritmlərin parametrləri ölçülür, yaşa uyğunluğu təyin edilir və funksional sınaqlar zamanı yaranan dəyişikliklərə diqqət yetirilir.Patoloji ritmlər aşkar olunduqda onların xüsusiyyətləri:ritmlərin epileptiform olması,daimi və ya keçici olması, lokal və ya yayılmış olması ətraflı təsvir eilməlidirlər.
Əldə edilən nəticəyə əsasən həkim təkrar müayinə və ya başqa bir müayinə tövsiyyə edə bilər,məs: Video-EEQ və s.
Video-EEQ monitorinq müayinəsi zamanı uzun müddətli EEQ yazı ilə yanaşı pasiyentin hərəkət və davranış aktivliklərinin video və audio çəkilişi də icra olunur.

Советы для беременных, страдающих мигренью.Оптимальное время сна – около 8 часов.Обязательно укрепляем иммунитет всеми д...
08/02/2019

Советы для беременных, страдающих мигренью.
Оптимальное время сна – около 8 часов.
Обязательно укрепляем иммунитет всеми доступными средствами.
Избегаем переохлаждений, а мороженое и соки – только маленькими частями, согревающимися еще по пути к горлу.
Регулярно – умеренная физическая нагрузка. Например, пешие прогулки.
Расслабляющий массаж – если есть возможность.
Сбалансированное правильное питание – по «чуть-чуть» и часто.
Достаточное употребление жидкости.
Исключить – шумные публичные места, резкий свет в развлекательных заведениях, встречи с людьми, способными вызвать перепад настроения или стресс.
Исключить путешествия в страны с жарким климатом. На время беременности лучше оставаться в привычной климатической зоне.

Qabırğa arası nevralgiya çox yayılmış pozulmadır. Nevralgiya döş qəfəsində güclü ağrılara səbəb olur.Qabırğa arası nevra...
08/02/2019

Qabırğa arası nevralgiya çox yayılmış pozulmadır. Nevralgiya döş qəfəsində güclü ağrılara səbəb olur.
Qabırğa arası nevralgiya insanın sağlamlığı və həyatı üçün ciddi təhlükə yaratmasa da, çox xoşagəlməz hisslərə səbəb olur və insanın gündəlik həyatına mənfi təsir edir.
Qabırğaların arasında sinirlər keçir. Sinirlərin müxtəlif səbəblərə görə sıxılması və qıcıqlandırılması nəticəsində qabırğa arası nevralgiya inkişaf edir.
Əksər hallarda xəstəliyin səbəbi əzələ spazmı olur. Bu spazm insan narahat vəziyyətdə yatdıqda, uzun müddət ərzində eyni vəziyyətdə olduqda, yelçəkən yerdə qaldıqda, soyuqladıqda mümkündür. Xroniki stress də əzələ spazmlarına və nevralgiyanın inkişafına səbəb ola bilər.
Osteoxondroz, onurğanın əyrilikləri, infeksiyalar (qripp, herpes, vərəm), travmalar, şəkərli diabet qabırğa arası nevralgiyanın inkişafına gətirib çıxarda bilər.
- döş qəfəsində ağrılar (ağrılar ikitərəfli və ya birtərəfli ola bilər)
- ağrılar hərəkət, öskürək, dərin nəfəsalma zamanı artır
- ağrılar ürəkdə, qolda, beldə, boyunda hiss oluna bilər. Məhz bu səbəbdən insanlar bu ağrıları ürək ağrıları, stenokardiya tutması, infarktla səhv salır.
Osteoxondroz, onurğanın əyrilikləri, infeksiyalar (qripp, herpes, vərəm), travmalar, şəkərli diabet qabırğa arası nevralgiyanın inkişafına gətirib çıxarda bilər.
- döş qəfəsində ağrılar (ağrılar ikitərəfli və ya birtərəfli ola bilər)
- ağrılar hərəkət, öskürək, dərin nəfəsalma zamanı artır
- ağrılar ürəkdə, qolda, beldə, boyunda hiss oluna bilər. Məhz bu səbəbdən insanlar bu ağrıları ürək ağrıları, stenokardiya tutması, infarktla səhv salır.
- nevralgiya tutması tərləmə, zədələnmiş yerdə dərinin qızarması, əzələnin dartılması ilə müşayiət oluna bilər.
- həssaslığın azalması, zədələnmiş sinirin üstündə dərinin keyiməsi, qarışqa yeriməyi hissi.
- zədələnmiş yerdə yanğı, arabir sancma hissi.
Müalicə medikamentoz, xüsusi massaj və müalicəvi bədən tərbiyəsi, iynəbatırma ,fizioprocedurlardan istifadə olunur.

Мигрень — сильная головная боль, которая часто сопровождается нарушением зрения,  тошнотой и рвотой. Первые приступы обы...
08/02/2019

Мигрень — сильная головная боль, которая часто сопровождается нарушением зрения, тошнотой и рвотой. Первые приступы обычно начинаются в 30 лет, с увеличением возраста растет заболеваемость. Чаще наблюдается у женщин. Иногда может быть семейным заболеванием. Приступы могут быть спровоцированы стрессами и некоторыми пищевыми продуктами. Первые приступы мигрени редко наблюдаются у людей старше 40 лет, но были зафиксированы у детей 3 лет.
Мигрень может рецидивировать с различными интервалами. Некоторые люди переживают несколько приступов в месяц, а другие всего один приступ и год.
Существует две основные формы мигрени: мигрень с aypoй и без ауры. Аурой называется группа симптомов, главным образом, зрительных, которые появляются перед началом головной боли. Мигрень с аурой наблюдается примерно в 1 из 5 случаев приступов головной боли. Некоторые люди переживают обе формы мигрени в различные моменты времени.
Основная причина мигрени остается не ясной, однако известно, что во время приступа мигрени происходит приток крови к головному мозгу из-за расширения кровеносных сосудов. Стресс и депрессия могут быть провоцирующими факторами, о чем свидетельствует тот факт, что головная боль часто проходит, когда человек расслабляется после трудного дня. Другими потенциальными причинами мигрени являются неправильный режим питания и нехватка сна. Приступы мигрени могут провоцироваться некоторыми субстанциями. К ним относятся шоколад, сыр, цитрусовые и красное вино, а также такие летучие соединения, как духи, выхлопные газы и табачный дым.
Мигрени, как с аурой, так и без нее часто предшествует группа симптомов, которые называются продромом или предвестником приступа. Продром часто включает:
- беспокойство или смену настроения;
- изменение восприятия вкуса и запаха;
- упадок или прилив сил.
При мигрени с аурой больные переживают еще множество дополнительных симптомов перед основным приступом мигрени:
- нарушение зрения, при котором двоится в глазах и появляются яркие вспышки;
- покалывание, онемение пли слабость одной стороны лица или даже половины тела;
Затем развиваются основные симптомы мигрени, одинаковые для обеих форм:
- головная боль, которая усиливается и пульсирует при движении, обычно ощущается с одной стороны головы, поверх глаз или в обоих висках;
- тошнота и рвота;
- светобоязнь и шумобоязнь.
Мигрень обычно длится от нескольких часов до нескольких дней, затем проходит. После приступа мигрени человек чувствует себя уставшим и не может сосредоточиться.
Мероприятия по профилактике мигрени:
- несколько недель вести дневник, для выявления факторов риска;
- избегать пищевых продуктов, которые могут спровоцировать приступ (красное вино, сыр и шоколад);
- питаться регулярно, пропущенный обед может спровоцировать приступ мигрени;
- если провоцирующим фактором является стресс, делать упражнения по релаксации.
При учащении и изменении характера , а также интесивности болей , обращайтесь к специалистам.

Miqren – ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür. Ürəkbulanma və işığa qarşı artmış həssaslıq ilə...
08/02/2019

Miqren – ağır formalı birincili baş ağrısının ən geniş yayılmış növüdür. Ürəkbulanma və işığa qarşı artmış həssaslıq ilə müşahidə olunan, əmək qabiliyyətinin məhdudlaşdırılmasına gətirən təkrarlanan kəskin baş ağrıları ilə nevroloji müayinələrin nəticələri normal olan pasiyentlər miqren xəstəliyi olan xəstələr kimi qəbul olunmalıdırlar.
Xüsusiyyətləri: birtərəfli ,pulsasiya edən , bir neçə dəqiqədən bir neçə saata qədər müddətdə artan, intensivliyinə görə: orta ağır və ağır, ürəkbulanma, qusma, işığa və səsə qarşı həssaslığın artması ilə müşayiət olunur  əmək qabiliyyətinin itirilməsi, adi fiziki yükdən BA-nın güclənməsi.
Tezliyi və müddəti: ildə bir dəfədən hər gün baş verən tutmalara qədər, davamı isə 4-72 saat ola bilər.
Miqren üçün qıcıq olan amillər : isti, soyuq, müxtəlif qoxular, parlaq işıq, səs-küy, fiziki gərginlik/hərəkət, xroniki stress, yuxu pozqunluğu, vaxtsız/pis qidalanma, tütünçəkmə, сinsi yetkinlik dövrü, menstruasiya və ya ovulyasiya, menopauza, hamiləlik, dərman amili (nitroqliserin, oral kontraseptivlər, hormonal terapiya, opiat və barbituratlar, nifedipin və s.), qida məhsulları (sitrus meyvələri, tərkibində kofein, nitritlər və aspartam olan qida məhsulları, yetişmiş pendir, şokolad, alkoqol, monosodium qlutamatlı qida məhsulları və s.)
Miqrenin iki əsas növü müəyyən edilir: aurasız miqren və auralı miqren
Miqren aurası – miqren baş ağrılarının əvvəlində və ya ondan öncə baş verən simptomların kompleksidir. Simptomlar müsbət (məsələn: işıqlanma, ləkələr, əyri xətlər, iynə batması) və mənfi (görmənin itməsi, dilin tutulması) ola bilər. Simptomlar 5 dəqiqə ərzində tam formalaşır və 60 dəqiqə ərzində keçir.
Miqreni digər baş ağrıları formalarından ayırd etməyə imkan verən anamnestik məlumatların xüsusiyyətləri :
• fəaliyyətin məhdudlaşmasına gətirən epizodik kəskin baş ağrıları
• ürəkbulanma
• baş ağrıları zamanı işığa qarşı həssaslıq
• ağrı tutmalarıarası işığa həssaslıq
• səs-küyə qarşı həssaslıq
• tipik aura (xəstələrin 15-33%-də)
• fiziki fəaliyyət zamanı kəskinləşmə
• ailə anamnezində miqrenin olması
DİAQNOSTİKA: BA-nın diaqnostikası əsaslanır: anamnezin toplanılmasına ; ümumi klinik və nevroloji müayinələrə; tələb olunduğu halda — mütəxəssislərin baxışlarına (nevroloq, otolarinqoloq və oftalmoloq);laborator və instrumental müayinə metodlarına.
Müalicə:
Tam müayinə olunduqdan sonra pacientə uyğun müvafiq müalicə təyin olunur.

Употребление пищи с приправой карри улучшает памятьДобавление в ежедневной рацион блюд с острой индийской приправой карр...
22/03/2018

Употребление пищи с приправой карри улучшает память

Добавление в ежедневной рацион блюд с острой индийской приправой карри способствует улучшению памяти, выяснили ученые Калифорнийского университета в Лос-Анджелесе. О результатах проведенного ими исследования во вторник рассказало сетевое издание "Атланта Джорнэл- Конститьюшн" (The Atlanta Journal-Constitution).



Специалисты поставили перед собой задачу определить, как именно на человеческий мозг влияет куркумин. Это вещество содержится в корне куркумы, на основе которого делается карри. Именно куркумин дает ему такой желтый оттенок. В эксперименте приняли участие 40 человек в возрасте от 50 до 90 лет, все они жаловались на проблемы с памятью. Их разделили на две группы. Участники первой получали плацебо, остальные же принимали по 90 миллиграммов куркумина два раза в день на протяжении 18 месяцев.
Пациенты проходили обследование на предмет когнитивных проблем в самом начале, а затем каждые шесть месяцев. Кроме того, около 30 отобранных в случайном порядке участников эксперимента были направлены на позитронно-эмиссионную томографию.
Проанализировав полученные данные, специалисты выяснили, что у людей, принимавших куркумин, значительно улучшилась память и внимание. Спустя 18 месяцев на тестах они показали результат на 28% лучше предыдущего.
При этом ученые сами точно не могут сказать, что именно вызывает такой положительный эффект. "Вероятно, причина кроется в уменьшении воспаления мозга, которое происходит как при болезни Альцгеймера, так и при серьезной депрессии, - говорится в заявлении Гэри Смолла, соавтора исследования. - Мы пришли к выводу о том, что потребление относительно безопасной формы куркумина может оказать положительное влияние на мозговую деятельность на срок до нескольких лет".
Кроме того, у испытуемых отмечалось также улучшение настроения. Теперь специалисты хотят точно определить, какая именно химическая реакция помогла людям улучшить память.

Источник: Информационное агентство ТАСС

Оригинальная статья опубликована на сайте РМЖ (Русский медицинский журнал)

22/03/2018

ОАЭ первыми в мире запустили производство бутилированной воды, богатой витамином D

Объединенные Арабские Эмираты (ОАЭ) первыми в мире открыли производство бутилированной воды, насыщенной витамином D. Как сообщила газета "Галф ньюс", обладающий полезными свойствами напиток уже доступен на прилавках арабской страны.



Новинка была официально представлена на Международном водном саммите в Абу-Даби в рамках ежегодной Недели устойчивого развития ОАЭ. По словам разработчика, в воду не добавлены консерванты, вкусовые или цветовые добавки. Ежедневное потребление воды позволяет восполнить недостаток витамина D.
Согласно данным статистики, в ОАЭ 70% жителей страдают от дефицита витамина D, что повышает риск возникновения остеопороза, болезни сердца, некоторых разновидностей рака, склероза и инфекционных заболеваний, таких, как туберкулез. Симптомами дефицита витамина D являются: боль в мышцах, расстройство сна, хронические головные боли, усталость, депрессия.
Причина распространения этого заболевания в ОАЭ и соседних странах комплексная. С одной стороны, это объясняется жарким климатом. Несмотря на то, что большую часть года светит солнце - основной источник витамина D для организма, температура в весенние и летние месяцы достигает 40-50 градусов Цельсия. Это вынуждает население, как коренное, так и приезжих, находиться в кондиционируемых помещениях и передвигаться исключительно на автомобилях. Подобная практика свойственна не только эмиратам, но и Саудовской Аравии, Кувейту и другим монархиям залива, где на летние месяцы жизнь буквально "замирает".
С другой стороны, как отмечают исследователи, больше всех от недостатка солнечных лучей страдают представительницы прекрасного пола, носящие традиционные закрытые мусульманские платья. Особенно эта проблема остро стоит в ОАЭ и Саудовской Аравии.
Несмотря на то, что существуют альтернативные источники витамина D, как яичный желток, обогащенное молоко, рыбные продукты (тунец, сардины, лосось, рыбий жир), потребление их на ежедневной основе не дает достаточного количества витамина.

Источник: Информационное агентство ТАСС

Local business

Address

Yasamal, Mətbuat, 35A
Baku

Opening Hours

Tuesday 09:00 - 14:30
Thursday 09:00 - 14:30
Saturday 09:00 - 14:30

Website

Alerts

Be the first to know and let us send you an email when Nevroloq - EEG. Gunel Mamedova posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share