"EkoStep Baku" plitkalarının xüsusiyyətləri:
"EkoStep Baku" plitka gözəl, rahat zədədən qoruyan örtük tələb olunan yerlərdə əvəz edilməzdir. Plitka yüksək elastiklik xüsusiyyətlərinə malikdir, asanlıqla təmizlənir, şaxtaya davamlıdır, zəhərli deyil və istiliyi saxlayır. Sürüşməyən, nahamar səthi, örtüyün yüksək elastik gəzinti,yerimə və qaçış zamanı rahatlığı təmin edir və ayaq oynaqlarını rahatla
şdırır. "EcoStep Baku" plitkalarının ölçüləri:
Hər növdə, ölçüdə və qalınlıqda "EcoStep Baku" plitkaların istehsalı mümkündür. Plitkanın eni 1 m, 50 sm, 35 sm, uzunluğu 1 m, 50 sm, 35 sm, qalınıqı 1.6 sm, 2 sm, 2.5sm, 3 sm və 4 sm ölçülərə malikdir. 4 sm qalınlıqda olan zədədən qoruyucu "EcoStep Baku" plitkası uşaq və oyun meydançalarında istifadə olunur, daha doğrusu, zədələnmə və əzilmə ehtimalının yüksək olduğu yerlərdə istifadə olunur. 4 sm-lik "EcoStep Baku" plitkası Avropa standartlarına uyğun olaraq, uşaqları 1.3 m-ə qədər hündürlükdən düşdüyü zaman zədə almaqdan qorunmaq xüsusiyyətlərinə malikidir. Adi dənəvər örtüklərdən (qum,kəpək) fərqli olaraq, zədədən qoruyan plitka örtüklər sınmış şüşə, daş, budaq kimi təhlükəli əşyaları özündə saxlamır. "EkoStep Baku" plitkalarının istifadə sahələri:
• Uşaq, oyun meydançaları;
• İdman meydançaları, zallar;
• Fərdi evlərin meydança və parkinqləri;
• Həyəyanı sahələr;
• Səkilər, piyada keçidləri;
• Hovuz ətrafı sahələr;
• Eyvanlar, terraslar, patiolar;
• Pilləkənlər, giriş sahələri. "EkoStep Baku" plitkaların üstünlükləri:
• Mexaniki zərbələrə, temperatur dəyişiklərinə,mümkün ağır yüklərin gərginliyinə davamlılıq;
• Daşınma, döşənmə və istifadə zamanı qopmaların olmaması;
• Amortazasiya və ortopedik xüsusiyyətlərin artması;
• Xüsusi qulluq tələb etmir;
• İstənilən hava şəraitində və praktik olaraq istənilən hazır səthədöşənmə imkanı.