ADY Life

ADY Life ADY Life

🐈💙🐾 Bu gün diqqət mərkəzində mehriban baxışları və özünəməxsus xarakterləri ilə həyatımıza sevinc qatan sevimli dostları...
08/08/2026

🐈💙🐾 Bu gün diqqət mərkəzində mehriban baxışları və özünəməxsus xarakterləri ilə həyatımıza sevinc qatan sevimli dostlarımızdır.

8 Avqust - Dünya Pişiklər Günü münasibətilə sizi əməkdaşlarımızın evlərinə istilik, gündəlik həyatlarına isə xoş anlar bəxş edən sevimli dostları ilə tanış olmağa dəvət edirik.

🏠💛 Hər birinin fərqli xarakteri, maraqlı vərdişləri və öz hekayəsi var. Kimi sakitliyi, kimi də şıltaqlığı ilə seçilsə də, onların hamısını birləşdirən bir xüsusiyyət var: olduqları hər yeri doğma yuvaya çevirmələri.

😻 Gəlin günün bu sevimli qəhrəmanlarını birlikdə yaxından tanıyaq!

🎓🚆 Gələcəyin dəmiryolçuları ilə görüş.ADY-nin baş mühəndisi Elyar Muradov Rusiya Nəqliyyat Universitetində dəmiryolu ixt...
07/08/2026

🎓🚆 Gələcəyin dəmiryolçuları ilə görüş.

ADY-nin baş mühəndisi Elyar Muradov Rusiya Nəqliyyat Universitetində dəmiryolu ixtisasları üzrə təhsil alan tələbələrlə görüşüb.

💬 Görüş çərçivəsində tələbələrin təhsil prosesi, onları maraqlandıran məsələlər və gələcək karyera perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.

📚 Hazırda ADY-nin dəstəyi ilə universitetdə 15 tələbə təhsil alır. Proqramın ilk məzunlarından biri isə artıq ADY komandasına qoşularaq peşəkar fəaliyyətə başlayıb.

🌱 Gənclərin bilik və bacarıqlarının inkişafına dəstək göstərərək dəmir yolu sektorunun gələcəyi üçün yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasına töhfə veririk.

01/08/2026

📚 Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə ADY əməkdaşları üçün maarifləndirici görüş keçirildi.

Görüşün qonağı AMEA-nın Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü olub. Tədbirdə Azərbaycan dilinin tarixi inkişaf yolu, əlifbamızın formalaşması, ana dilimizin qorunmasının əhəmiyyəti və dil mədəniyyətinin gündəlik həyatda rolu barədə ətraflı məlumat verilib.

💬 Görüş əməkdaşlar üçün mövzu ətrafında fikir mübadiləsi aparmaq və ana dilimizin dəyərləri barədə biliklərini daha da zənginləşdirmək imkanı yaradıb.

💙 Ana dilimizi qoruyaq, sevək və yaşadaq!

Güclü kollektiv yalnız peşəkarlıqla deyil, həm də qarşılıqlı hörmət, etimad və dostluq münasibətləri ilə formalaşır.Bir-...
30/07/2026

Güclü kollektiv yalnız peşəkarlıqla deyil, həm də qarşılıqlı hörmət, etimad və dostluq münasibətləri ilə formalaşır.

Bir-birimizə verdiyimiz dəstək, bölüşdüyümüz dəyərlər və komanda ruhu ümumi uğurlarımızın ən vacib təməlidir.

🌟💙 Beynəlxalq Dostluq Günü münasibətilə bütün həmkarlarımızı təbrik edir, dostluq, həmrəylik və qarşılıqlı etimadın hər zaman yol yoldaşımız olmasını arzulayırıq.

💙 Hər iş günü yeni hədəflər, yeni ideyalar və komanda ruhu deməkdir.🪄 İş günümüz təkcə öhdəliklərimizin icrasına həsr et...
23/07/2026

💙 Hər iş günü yeni hədəflər, yeni ideyalar və komanda ruhu deməkdir.

🪄 İş günümüz təkcə öhdəliklərimizin icrasına həsr etdiyimiz yox, həm də birlikdə dəyər yaratdığımız qiymətsiz saatlardır.

🎉 Qürurverici xəbər!VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlanıb.Böyük məmnunluq hissi ilə bildiririk ki, “Azərbaycan...
22/07/2026

🎉 Qürurverici xəbər!

VI “Yüksəliş” müsabiqəsinin qalibləri açıqlanıb.

Böyük məmnunluq hissi ilə bildiririk ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşı müsabiqənin qalibləri sırasında yer alıb.

Əməkdaşımızı bu uğur münasibətilə ürəkdən təbrik edir, gələcək fəaliyyətində yeni nailiyyətlər və davamlı uğurlar arzulayırıq.

💙 Yüksəlişimiz birliyimizdən doğur!

🚆 Karyera imkanını dəyərləndirin!“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentində Sərnişin vaqonun...
22/07/2026

🚆 Karyera imkanını dəyərləndirin!

“Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentində Sərnişin vaqonunun bələdçisi vakansiyası aktivdir.

Bu vəzifəyə müraciət etmək istəyirsinizsə, aşağıda qeyd olunan link vasitəsilə müraciətinizi təqdim edə bilərsiniz.

Vakansiyaya müraciət üçün link: https://jobs.glorri.com/vacancies/ady/ady-sernisin-vaqonunun-beledcisi-26217940

💙 Komandamızın bir parçası olun!

20/07/2026

🚆✨ ADY-də 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.

Tədbirdə ötən 6 ayın əsas nailiyyətləri, dəmir yolu sahəsində icra edilən layihələr və qarşıdakı dövrün prioritetləri diqqətə çatdırılıb.

🏅 Həmçinin peşəkar fəaliyyətində fərqlənən bir sıra dəmiryolçular Fəxri fərman və təşəkkürnamələrlə təltif olunublar.

📚 Kitab Dostu layihəmiz əməkdaşlarımızın böyük maraq və həvəsinin əhatəsində davam edir.Mütaliəni sevən həmkarlarımız bi...
17/07/2026

📚 Kitab Dostu layihəmiz əməkdaşlarımızın böyük maraq və həvəsinin əhatəsində davam edir.

Mütaliəni sevən həmkarlarımız bir araya gələrək yeni kitablarla tanış olur, fərqli baxış bucaqları kəşf edir və oxuduqlarını bir-biri ilə bölüşürlər.

Bu həftə seçilən kitablar:
📖 İnsanyönümlü şəhərlər – Yan Geyl
📖 Qatar. Pikasso. Latur. 1968. – Elçin Əfəndiyev
📖 Siddhartha – Hermann Hesse

💙 Biz inanırıq ki, hər oxunan kitab həm özümüzə, həm də komandamıza qatılan yeni bir dəyərdir.

💙 15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür.Böyük uğurların təməli davamlı öyrənmək və inkişaf etmək istəyidir.🚆...
15/07/2026

💙 15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür.

Böyük uğurların təməli davamlı öyrənmək və inkişaf etmək istəyidir.

🚆 ADY-də hər gün bilik və bacarıqlarını inkişaf etdirən gənc əməkdaşlarımız dəmir yolunun təhlükəsizliyinə, etibarlılığına və gələcəyinə öz töhfələrini verirlər.

Ümumdünya Gənclərin Bacarıqları Günü münasibətilə bütün gənc əməkdaşlarımızı təbrik edir, onlara yeni uğurlar və davamlı inkişaf arzulayırıq!

Address

Dilarə Əliyeva Küç. 230
Baku
AZ1010

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00

Telephone

+994124994772

Alerts

Be the first to know and let us send you an email when ADY Life posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ADY Life:

Shortcuts

Share