EFC Terrarium Baku

EFC Terrarium Baku Ad günləri, özəl ve sizə dəyərli olan şəxsləri gözəl unudulmaz hədiyyələrnən təbrik etmək istəyirsinizsə, bizə muraciət ede bilərsiniz.
(4)

EFC TERRARİUM BAKU. İnstagram: efc_terrarium

Address

Baku,Azerbaijan
Baku
AZ1111

Opening Hours

Monday 10:00 - 20:00
Tuesday 10:00 - 20:00
Wednesday 10:00 - 20:00
Thursday 10:00 - 20:00
Friday 10:00 - 20:00
Saturday 10:00 - 20:00
Sunday 10:00 - 20:00

Telephone

+994507755599

Website

Alerts

Be the first to know and let us send you an email when EFC Terrarium Baku posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to EFC Terrarium Baku:

Share

Category

EFC TERRARIUM

Təbiət hər daim var olsa da, hər zaman əlçatan olmur. Məşğul şəhər həyatı çoxumuzu ana təbiətin xəfif nəfəsindən uzaq salır, onunla görüşümüzün vaxtını uzadır. Amma elə şeylər var ki, onlar təbiəti zaman və məkan tanımadan bizimlə görüşə gətirir. Mini World Gallery-nin məqsədi məhz budur. Təbiətdən ilhamlanaraq yaratdığımız ekspozisiya və modellər evinizdə, ofisinizdə, həyətinizdə, mağazanızda - var olduğunuz hər məkanda kiçik bir təbiət guşəsi yaradacaq. Şəhəri və onun səs-küylü mühitini tərk etmədən sakit və saf təbiətə yelkən açacaqsınız - biz bu işdə sizin yoldaşınız olacağıq Hər kəsin zövqünə uyğun təkliflər etmək üçün geniş və unikal məhsul çeşidimizi durmadan yeniləyirik. Təklif etdiyimiz mini bağlar və parniklər, terrariumlar və kokedamalar yüksək həssaslıq və özünəməxsus dizaynlarla hazırlanır. Qalereyamızdakı məhsullar yalnız və yalnız təbii bitkilərdən və elementlərdən istifadə edilərək hazırlanır. İşimizin ən maraqlı tərəflərindən biri də odur ki, bir modelin birəbir eynisini hazırlamırıq, hər məhsulumuza tək və özəl statusu veririk. Çünki, ana təbiətin özü və onun gözəllikləri də təkrarolunmaz və özəldir.

Terrarium - təbiətin kiçildilmiş, dekorativ modelidir. Ona "kiçik dünya" da deyirlər. İbarət olduğu torpaq qatı, bitkilər və digər təbii elementlərlə bir növ ekosistemi canlandırır. Daxilində baş verən fotosintez prosesi sayəsində terrarium olan məkanın havası oksigenlə daha zəngin olur

Kokedama - mamırla örtülmüş və ornamental bitkilərə can verən torpaq yumağıdır. Vətəni Yaponiya olan kokedama, "dibçəksiz gül" kimi də tanınır. Müxtəlif dekorativ bitkilərlə hazırlanan bu "yapon möcüzəsi" həm stolüstü, həm də havadan asılı şəkildə istifadə edilir Mini bağ ( və parnik) - adından da göründüyü kimi bu ekspozisiya müxtəlif növ bağların şəffaf qablarda əks olunan kiçik modelidir

Terrariumlar üçün ümumi təqdimat: Mən sənə təbiəti göstərirəm, sən də mənə qayğı göstər. Həftə də bir dəfə 50 qram su verməyin və işıqdan məhrum etməməyin gözəlliyimi qorumağım üçün kifayətdir. Gözəlliyim isə məhz səninçündür. Çünki təbiəti necə sevdiyini və onunçün necə darıxdığını bilirəm. Mənimlə təbiət, kiçik ölçüdə də olsa, hər zaman baş ucunda olacaq. Bundan sonra səninlə birgə yaşayacağım üçün xoşbəxtəm