“Falez MMC” 2003-cü ildə yaradılmış və çox qısa zamanda Azərbaycan Tikinti Sənayesində böyük uğurlar əldə edərək özünəməxsus yerini tutmuşdur. Şirkət öz işində ən son texnologiyalardan istifadə edərək buna nail ola bilmişdir. Hal-hazırda şirkətimiz bir neçə böyük və orta həcimli inşaat layihələrində çalışmaqdadır.
“Falez MMC” Azərbaycan və onun hüdudlarından kənarda özünəməxsusluğu və profe
ssionallığı ilə tanınmışdır. Şirkət layihələndirmə işlərindən tutmuş obyektlərin tikintisi və satışına qədər olan bütün kompleks işləri həyata keçirir. Müasir texnika və avadanlıqlarla təchiz olunmuş və peşakar səviyyəli personala malik olan “Falez MMC” işlərində yalniz müasir texnologiya və materiallardan istifadə edir, istər yerli, istərsə də əcnəbi mühəndis ixtiraları tətbiq edir.
Şirkətin əsas fəaliyyəti tikinti sektoruna aiddir və yüksək mərtəbəli ofis, yaşayış və müxtəlif məqsədli binaların layihələrinin hazırlanması, dizaynı, tikilməsi, anbar və müxtəlif tipli tikililərin quraşdırılması, təməl və digər məqsədli qazıntı, söküntü və daşınma işləridir. Şirkətimiz içməli su, çirkab suları və müxtəlif təyinatlı su və kanalizasiya xəttlərinin çəkilməsi sahəsində də böyük təcrübəyə malikdir.
“Falez MMC” 2008-ci ilin Noyabr ayından Azərbaycanda Termoizolyasiyalı Fasad və dam örtükləri olan XPS istehsalı üçün ilk zavod açdı və Azərbaycan Respublikası ərazisində XPS-in ilk istehsalçılarından birinə çevirildi.
Şirkətin fəaliyyətinin əsas məqsədi tikintinin effektiv kompleks idarəetmə və təşkili eləcə də bazarın tələbatı və istehlakçının maraqlarını təmin edən yaşayış və qeyri-yaşayış obyektlərin tikintisi, Azərbaycanın iqtisadi potensialının artırılmasıdır. Mövcud olduğu illər ərzində əldə etdiyi təcrübə şirkətə Azərbaycanda və bu ölkənin sərhədləri xaricində həcmindən və mürəkkəbliyindən asılı olmayaraq istənilən layihələri həyata keçirməyə imkan verir.
Şirkətimiz 2005-ci ilin mart ayından etibarən İSO 9001:2000 keyfiyyət sertifikatı ilə Britaniya sertifikasiya xidməti tərəfindən təltif olunmuşdur.
2003-cü ildə Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsi tərəfindən I və II məsuliyyət səviyyəli bina və qurğuların dövlət standartlarına uyğun olaraq layihələndirilməsi üzrə № 000946 lisenziya, Eyni zamanda 2011-ci ilin sentyabr ayında FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Dövlət standartlarına uyğun olaraq I və II bina və qurğuların tikinti və quraşdırma işlərini həyata keçirən № 072134 lisenziyasını, 2011-ci ilin iyul ayında isə Azərbaycan Respublikası Dövlət Şəhərsalma Arxitektura Komitəsi tərəfindən Dövlət standartlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi üzrə № 022679 lisenziyasını almışdır.