Faiqoğlu

Directions Website Contact the business

Faiqoğlu Şəhərdaxili - şəhərətrafı sərnişin daşıma. Şəhərdaxili və şəhərətrafı sərnişin daşıma şirkəti.

Loqomuzun rəngləri narıncı başlanğıcı, çəhrayı isə güvən və lüksü bildirir. Bu isə o deməkdir ki, biz sizinlə ictimai nəqliyyatda yeni bir dövrün və keyfiyyətin başlanğıcındayıq.

Bizi həyata hazırlayan, öyrədən, istiqamət göstərən və gələcəyin formalaşmasında əvəzsiz rolu olan bütün müəllimləri peş...
05/10/2026

Bizi həyata hazırlayan, öyrədən, istiqamət göstərən və gələcəyin formalaşmasında əvəzsiz rolu olan bütün müəllimləri peşə bayramı münasibətilə təbrik edirik. 💐

Hər uğurlu yolun başlanğıcında bir müəllimin əməyi, biliyi və verdiyi dəyər var.

Müəllimlər Gününüz mübarək!

27 Sentyabr — Anım Günü.Vətən uğrunda canından keçən bütün şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Onların qəhrə...
26/09/2026

27 Sentyabr — Anım Günü.

Vətən uğrunda canından keçən bütün şəhidlərimizi dərin hörmət və ehtiramla anırıq. Onların qəhrəmanlığı, əziz xatirəsi və Vətənə olan sonsuz sevgisi xalqımızın yaddaşında daim yaşayacaq.

Şəhidlərimizi qürur və minnətdarlıqla anırıq. 🇦🇿

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostasiyalarından rahat istifadə edə bilməsi ü...
22/09/2026

Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib.
Belə ki, metronun “Avtovağzal” stansiyasının (“Piramida” tərəf) qarşısında müntəzəm marşrutlar üçün dayanacaq məntəqəsi qruplaşdırılaraq 3 hissəyə ayrılıb və sərnişinlərin rahatlığı üçün dayanacaq məntəqəsi müvafiq nişanlarla işarələnib.
Xırdalan şəhərindən 119 və 135 nömrəli, Müşfiqabad qəsəbəsindən 114A və 114B nömrəli, Binəqədi qəsəbəsindən 170 nömrəli marşrut avtobusları burada aralıq dayanacağı olaraq saxlayacaq.
Avtobusların yenidən Bakı-Sumqayıt yoluna rahat va maneəsiz çıxa bilməsi üçün ərazidə xüsusi hərəkət zolağı təşkil edilib.

Qeyd olunan marşrut xəttləri metronun Avtovağzal stansiyasına daxil olacaq. Sərnişinlər qeyd olunan ərazidən metrostansiyaya getmək üçün ödənişsiz istifadə edə biləcəklər.

🇦🇿 20 Sentyabr — Dövlət Suverenliyi Günü!Suverenlik — müstəqil dövlətimizin gücünün, milli iradəmizin və gələcəyə inamım...
20/09/2026

🇦🇿 20 Sentyabr — Dövlət Suverenliyi Günü!

Suverenlik — müstəqil dövlətimizin gücünün, milli iradəmizin və gələcəyə inamımızın təcəssümüdür.🇦🇿

15 Sentyabr — Bilik Gününüz mübarək! 📚✨Yeni tədris ilinin bütün şagirdlərə və tələbələrə uğur, müəllimlərə isə səbir və ...
15/09/2026

15 Sentyabr — Bilik Gününüz mübarək! 📚✨

Yeni tədris ilinin bütün şagirdlərə və tələbələrə uğur, müəllimlərə isə səbir və nailiyyətlər gətirməsini arzulayırıq.

Hər yeni bilik gələcəyə açılan bir yoldur. Faiqoğlu olaraq bu yolda hər kəsə rahat və təhlükəsiz səfərlər diləyirik! 🚌

Yeni dərs ilində universitetə gedən yolunuzu daha rahat planlayın! 🚌🎓Faiqoğlunun marşrut xətləri ilə universitetinizə uy...
04/09/2026

Yeni dərs ilində universitetə gedən yolunuzu daha rahat planlayın! 🚌🎓

Faiqoğlunun marşrut xətləri ilə universitetinizə uyğun nəqliyyat seçimlərini öyrənin və səfərinizi rahatlaşdırın. 💜🧡

🚌 199 saylı müntəzəm marşrut xətti 1 sentyabr tarixindən yenilənir!Yeni dərs ilinin başlanması ilə universitet tələbələr...
31/08/2026

🚌 199 saylı müntəzəm marşrut xətti 1 sentyabr tarixindən yenilənir!

Yeni dərs ilinin başlanması ilə universitet tələbələrinin gündəlik gediş-gəlişinin daha rahat və əlçatan olması üçün 199 saylı xətt üzrə xidmət yenilənir. 🎓

Məqsədimiz tələbələrin universitet yolunu daha komfortlu, rahat və təhlükəsiz etmək, eyni zamanda bütün sərnişinlərimizə daha keyfiyyətli ictimai nəqliyyat xidməti təqdim etməkdir.

Yeni dərs ili, daha rahat universitet yolu! 🚌🎓

🚌 M1 nömrəli ekspres avtobuslarda sərnişin rahatlığı üçün yeni addım!Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyal...
25/08/2026

🚌 M1 nömrəli ekspres avtobuslarda sərnişin rahatlığı üçün yeni addım!

Metronun “Elmlər Akademiyası” və “28 May” stansiyaları arasında fəaliyyət göstərən M1 nömrəli ekspres marşrutunda sərnişinlərin avtobusa minmə prosesini daha rahat və operativ etmək məqsədilə ikinci validatorların quraşdırılmasına başlanılıb.

Yeni tətbiq sayəsində sərnişinlər ödənişlərini həyata keçirərək avtobuslara eyni anda həm ön, həm də orta qapıdan daxil ola biləcəklər.

Bu yenilik xüsusilə sıx saatlarda minik prosesinin sürətlənməsinə, dayanacaqlarda gözləmə müddətinin azalmasına və səfərlərin daha rahat təşkilinə xidmət edir.

** Faiqoğlu olaraq sərnişin məmnuniyyətini artırmaq və gündəlik səfərləri daha rahat etmək üçün xidmətlərimizi təkmilləşdirməyə davam edirik.** 🚌💜

Bakı

21/08/2026

🚌 M1 ekspres marşrutu — sərnişinlərin gözü ilə!

Elmlər Akademiyası – 28 May istiqamətində fəaliyyət göstərən M1 ekspres marşrutu ilə bağlı sərnişinlərimizin fikirlərini öyrəndik. 🎤

Sorğu zamanı sərnişinlərə marşrutun istifadəyə verilməsindən məmnunluq səviyyəsi, səfərlərinin nə dərəcədə rahatlaşması və ümumi xidmət keyfiyyəti ilə bağlı suallar ünvanladıq.

💜 Məqsədimiz yalnız sərnişinləri mənzil başına çatdırmaq deyil, onların təcrübəsini dinləmək, ehtiyaclarını anlamaq və xidmət keyfiyyətini davamlı olaraq inkişaf etdirməkdir.

Çünki daha yaxşı ictimai nəqliyyat sərnişini dinləməklə başlayır.

Bəs siz M1 ekspres marşrutunun xidmətini necə qiymətləndirirsiniz?
Fikrinizi şərhlərdə bizimlə bölüşün. 👇

20/08/2026

🚌 M1 ekspres marşrutu ilə Elmlər Akademiyasından 28 Maya daha rahat səfər!

M1 ekspres marşrutu Elmlər Akademiyası və 28 May metrostansiyalarını birləşdirir.

📍 Elmlər Akademiyası metrostansiyasından hərəkətə başlayan M1
➡️ Hüseyn Cavid parkı ərazisindən keçir,
➡️ Nəriman Nərimanov heykəli istiqamətində hərəkətini davam etdirir,
📍 son dayanacaq olaraq isə 28 May metrostansiyasının qarşısına çatır.

🔄 Əks istiqamətdə isə sərnişinlər 28 Maydan Elmlər Akademiyasına M1 ekspres marşrutu ilə hərəkət edə bilərlər.

Səfərinizi planlaşdırarkən marşrutun hərəkət istiqamətini yadda saxlayın və bu məlumatı ehtiyacı olanlarla paylaşın. 💜🧡

M1 | Elmlər Akademiyası ⇄ 28 May

Address

Mir Cəlal Küç 1D Safa Plaza 5-ci Mərtəbə
Baku

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Faiqoğlu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Faiqoğlu:

Shortcuts

Share