24/01/2025
IŞ VAR! SMETA mühəndisi 📢
Vəzifə öhdəlikləri:
• Layihə sənədlərinə uyğun ümumi tikinti işləri (ilkin və tam inşaat smeta) üzrə layihə smeta sənədlərinin tərtib edilməsi və vaxtında təhvil verilməsi;
• Əsaslı tikinti-quraşdırma, təmir işləri üçün tərtib olunmuş və təsdiq edilmiş sənədlərin, cədvəllərin analiz edilməsi;
• Layihədəki büdcə risklərinin analizi və analiz əsasında tikinti işlərinin smeta dəyərinin hazırlanması;
• Layihə/Spesifikasiya və Smeta arasındakı uyğunsuzluqların müəyyən edilməsi;
• Dəyişikliklər baş verərkən smeta sənədlərinə düzəlişlərin aparılması;
• Digər təşkilatlar tərəfindən hazırlanan smeta sənədlərinin yoxlanması və bu barədə arayış tərtib edilməsi;
• Tikinti - quraşdırma, təmir və digər işlərinin qiymətləndirilməsində iştirak;
• Yenidən qurulan və ya təmir olunan obyektlərə titul vərəqələrinin hazırlanmasında iştirak;
• Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırması və onların normativlərə riayət etmələrinin nəzarətdə saxlanması, görülən işlər barədə aktlar hazırlanması;
• Görülən tikinti-quraşdırma və təmir işləri xərclərinin aşağı düşməsi üçün tədbirlərin görülməsi;
• Smeta sənədlərinin uçotunu aparılması, smeta- maliyyə hesablamalarının sistemləşdirilməsi;
• Smeta qiymətləri haqqında arayışların tərtib edilməsi;
• İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edilməsi;
• Qüsur aktlarını hazırlanması;
• Tikinti layihələri üzrə (yerinə yetirilmiş, mövcud və bitməyən yarımçıq qalmış) iş həcmləri və materialların hesablanması və cədvəllərinin hazırlanması;
• Obyektlərdə (yerində) ölçü işlərinin aparılması;
• Smetaların bazar qiymətləri ilə hesablanması;
• Texniki hesabatların hazırlanması (Forma 2, Forma 3, Xərc analizi);
• Sahələrdən gələn texniki hesabatların yoxlanması.
Namizədə tələblər:
• Ali təhsil (İnşaat üzrə);
• Tikinti sahəsində ümumi olaraq 3 ildən yuxarı iş təcrübəsi;
• İnnovativ standartlara uyğun işləməyi bacarmalı;
• MS Office (Word, Excel), AutoCad proqramlarını yüksək səviyyədə bilməli;
• 1C işləyə bilməyi üstünlükdür;
• Yüksək səviyyədə analitik-riyazi biliklər;
• Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmalı;
• İnşaat norma və qaydalarını bilməlidir;
İş şəraitimiz:
• Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək;
• İş qrafiki 9.00-18.00;
• Mehriban komanda;
• Perspektivli iş şəraiti;
Maraqlanan namizədlərdən mövzu hissəsində vakansiyanın adını qeyd etməklə CV formalarını [email protected] email ünvanına göndərmələri xahiş olunur.