Nobel Elektrik Servis

Nobel Elektrik Servis Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Nobel Elektrik Servis, Əhməd Rəcəbli, 202, Baku.

10/06/2017

“AKSA” Generatorların Servis Xidməti
Biz “Nobel Elektrik” MMC şirkəti, Aksa Servis olaraq, bütün növ generatorların periodik-texniki baxışını, ümumi təmir işlərini, yağdəyişməsini, montajını yüksək keyfiyyətlə, vaxtında və dəqiq həyata keçiririk. Sizə, münasib təklif olaraq verəcəyimiz periodik texniki baxış xidməti müştəri istəyinə uyğun olaraq hər ayda bir dəfə, rübdə bir dəfə, altı ayda bir dəfə və ya ildə bir dəfə icra olunacaqdır. Generatorların daha uzun müddət və yüksək performans ilə istifadə edilməsi, ortaya çıxan qəzaların qısa bir müddət ərzində aradan qaldırılması və baş verə biləcək qəzaların meydana gəlmədən qarşısının alınması üçün generatorlara periodik baxış keçirilməsi vacibdir. Periodik texniki baxış xidmətinə aşağıdakı bəndlər daxildir:
1. Generatora ümumi baxış keçirilməsi, yəni mühərrik hissəsinin qayışların, radiatorunun, havalandırma sisteminin, yanacaq və su borularının dinamonun sazlığının yoxlanılması, yağ və su səviyyəsinin yoxlanılması, generatorun alternator və beyin hissəsindəki kabelləşməsində ola biləcək boşluqların və nasazlıqların, elektron sistemin sazlığının yoxlanılması, eləcə də yağ, yanacaq, hava və su filterlərinə baxış keçirilməsi və s. daxildir.
2. Aşkar olunmuş kiçik nasazlıqların imkan daxilində dərhal aradan qaldırılması. Əgər bu mümkün deyilsə hər iki tərəfin razılığı ilə uyğun bir vaxtda, əlavə xidmət formasında (əlavə xidmətin dəyəri, periodik texniki baxış üçün nəzərdə tutulmuş məbləğə daxil deyil) həyata keçirilməsi mümkündür.
3. Generatorlara baxım olunması, yəni yağ, yanacaq, hava və su filterlərinin, yağ və antifrizinin dəyişdirilməsi. Akkumlyatorların yoxlanılması, ehtiyac olduqda akkumlyator suyunun əlavə olunması və ya akkumlyatorun dəyişdirilməsi.
Baxım, tərəflərin qarşılıqlı razılığı əsasında öncədən təyin olunmuş vaxtda həyata keçirilir. Baxım zamanı dəyişiləcək sadaladığımız mal-materialların xərci əlavə olaraq ödəniləcəkdir.
4. Generatorun sıradan çıxmış detallarının təmiri və ya yenisi ilə əvəz olunması, eləcə də proqram təminatı (Dəyişiləcək hər hansı bir yeni detalın məbləği Periodik baxış xidmətinə aid deyil. Detalların qiyməti öncədən verilən qiymət təklifinə əsasən tərəflərin qarşılıqlı razılığı əsasında təyin olunur).
Nəzərinizə çatdırırıq ki, yüksək keyfiyyətli periodik texniki baxışın, mal-materialların, detalların və digər servis xidmətlərinin ödənişi nəğd və ya bank vasitəsi ilə həyata keçirilir.

Sizinlə çalışmaqdan şərəf duyarıq!

Address

Əhməd Rəcəbli, 202
Baku

Alerts

Be the first to know and let us send you an email when Nobel Elektrik Servis posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nobel Elektrik Servis:

Share