Göygöl Suvarma Sistemləri İdarəsi

Göygöl Suvarma Sistemləri İdarəsi Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Göygöl Suvarma Sistemləri İdarəsi, Plumbing service, Gəncə, Ganja.

Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan Quşqara 35/060  reper nömrəli subartezian quyus...
22/01/2026

Göygöl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin balansında olan Quşqara 35/060 reper nömrəli subartezian quyusunun nasosu təmir olunaraq yenidən quyuya yığıldı.

15/02/2025
Topalhəsənli kəndində 250mm-lik metal boruda baş vermiş qəza aradan qaldırıldı və kəndə suyun verilməsi bərpa olundu.
14/02/2025

Topalhəsənli kəndində 250mm-lik metal boruda baş vermiş qəza aradan qaldırıldı və kəndə suyun verilməsi bərpa olundu.

ABŞ ilə münasibətlərimizdə yeni dövrün başlanması hər iki tərəfin marağındadırMüəllif: Yasəmən HüseynovaGöygöl şəhər 2 s...
14/02/2025

ABŞ ilə münasibətlərimizdə yeni dövrün başlanması hər iki tərəfin marağındadır
Müəllif: Yasəmən Hüseynova
Göygöl şəhər 2 saylı körpələr evi-uşaq bağçasının müdiri

Ölkə başçısı İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Müsahibədə Azərbaycanla ABŞ arasında mövcud əlaqələrə də toxunulub. Dövlət başçısı vurğulayıb ki, Prezident Trampın ABŞ-a rəhbərlik etdiyi zamanı xatırlayırıq və son 4 ildə Bayden administrasiyasının Azərbaycana ədalətsiz yanaşması səbəbindən əlaqələrimizin tamamilə korlanmasından fərqli olaraq, əlaqələrimiz çox uğurla inkişaf edirdi. Beləliklə, Prezident Trampla birgə işləməklə bağlı əvvəlki təcrübəmiz çox müsbət idi. ABŞ-Azərbaycan münasibətlərində itirilmiş illər hesab etdiyimiz bu 4 il artıq tarixə qovuşacaq və yenidən başlayacağıq. Lakin Avropa liderləri arasında ciddi qeyri-müəyyənlik və deyərdim, ciddi narahatlıq var. Səbəbi isə çox sadədir. Hamımız onların bəzilərinin son 4 ildə cənab Tramp prezident olmadığı dövrdə ona necə münasibət göstərdiyini bilirik. Hamımız onların əksəriyyətinin budəfəki prezident seçkilərində kimi dəstəklədiyini bilirik. Əgər bunu biliriksə, sözsüz ki, Prezident Tramp bunu daha yaxşı bilir. Artıq ilk diskvalifikasiya var. Bu, Kanadanın Baş naziridir. Prezident Trampın onun barəsində dediyi cəmi bir kəlmə kifayət etdi ki, o, istefa versin.

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri varMüəllif: Vüqar ƏliyevDSMF Göygöl rayon ş...
14/02/2025

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə çox yaxşı və dost münasibətləri var

Müəllif: Vüqar Əliyev
DSMF Göygöl rayon şöbəsinin müdiri üzrə qəbul şöbəsinin müdiri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlət başçısı müsahibəsində Azərbaycanın Şanxay Əməkdaşlıq təşkilatı ilə çox yaxşı və dost münasibətləri olduğunu vurğulayıb. Prezident həmçinin qeyd edib ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında statusu müşahidəçi deyil, dialoq üzrə tərəfdaşdır. Bu, həmin beynəlxalq təşkilatla daha da yaxın olmaq üçün güclü qarşılıqlı iradənin nümayişidir. Əlbəttə ki, beynəlxalq təşkilatlarla işləyəndə və ya onlarla daha yaxın olmaq istəyəndə siz təşkilatın tərkibinə, üzv ölkələrinə nəzər salırsınız. Şanxay Əməkdaşlıq Təşkilatının və BRICS-in bütün üzv dövlətlərinin Azərbaycanla çox yaxşı və dost münasibətləri var. Bundan başqa, coğrafi mövqeyimiz, Cənubi Qafqaz və Xəzər regionunda vahid məqsədlərə töhfəmiz nöqteyi-nəzərindən əhəmiyyətli olacaq. Əlbəttə ki, Çin və Mərkəzi Asiya ölkələri ilə üzərində fəal iş apardığımız məsələlər, həmçinin bağlılıq layihələridir. Çünki Azərbaycan artıq müasir nəqliyyat infrastrukturu ilə Şərqdən Qərbə gedən yol üzərində yerləşir. Beləliklə, praktiki nəticələr nöqteyi-nəzərindən çoxlu töhfə verə bilərik.

Bəli, həmişə yeni məqsədlərimiz varMüəllif: Aidə AbdullayevaGöygöl rayonu Şəhriyar kənd tam orta məktəbin direktoruBu fi...
14/02/2025

Bəli, həmişə yeni məqsədlərimiz var
Müəllif: Aidə Abdullayeva
Göygöl rayonu Şəhriyar kənd tam orta məktəbin direktoru

Bu fikri Prezident İlham Əliyev Davosda Çinin CGTN telekanalına verdiyi müsahibə zamanı qeyd edib. “Çünki hədəfimiz ticarət limanında 15 milyon ton yükaşıma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk. Mərkəzi Asiyada bağlantı layihələrinin də əsasən Çin hökuməti tərəfindən maliyyələşdirildiyini bilirik. Xəzər dənizinə digər bir marşrut Azərbaycana gedən digər marşrutdur və buna mütləq hazır olmalıyıq. Əminəm ki, Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsü bütün ölkələr üçün əlavə imkanlar yaradacaq. Bir daha söhbət bağlantıdan, biznes imkanından, sabitlik və təhlükəsizlikdən gedir. Çünki hamımız bir-birimizdən asılı oluruq. Bizi birləşdirən vacib infrastruktur layihələri var. Bu, ölkələr arasında həm ikitərəfli, həm də çoxtərəfli əlaqələr istiqamətində bir sıra məsələlərin həlli üçün yaxşı bir mühitdir.”- deyə dövlət başçısı vurğulayıb.

Lider ədalətli olmalıdır         Müəllif: Ceyhun HümbətovGöygöl RİHB Aparatı böyük məsləhətçisiAzərbaycan Prezidenti İlh...
14/02/2025

Lider ədalətli olmalıdır

Müəllif: Ceyhun Hümbətov
Göygöl RİHB Aparatı böyük məsləhətçisi

Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Dövlət başçısı müsahibəsində bildirib: ”Liderlik, əlbəttə ki, böyük bir məsuliyyətdir və ən önəmlisi ondan ibarətdir ki, lider həmişə öz xalqına, öz əhalisinə münasibətdə ədalətli olmalıdır. Heç vaxt xalqına yalan danışmamalısan və xalq bunu yüksək qiymətləndirəcək. Bəzən müəyyən siyasi səbəblər üzündən hakimiyyətə can atan liderlər çoxlu vədlər verir və sonra onları yerinə yetirmir və bu da məyusluğa, inamsızlığa gətirib çıxarır. Bu, dünyanın müxtəlif yerlərində siyasi böhrana gətirib çıxarır. Lakin bizə gəldikdə, iyirmi ildən artıq müddət ərzində mən həmişə Azərbaycan xalqına həqiqəti söyləmişəm. Bu həqiqətin müsbət və ya mənfi olmasından asılı olmayaraq. Həmişə xalqıma biz ədaləti bərpa edəcəyik söyləmişəm və xalqım da mənə inanıb. 17 il hakimiyyətdə olandan sonra biz, nəhayət, vəd etdiklərimizi yerinə yetirdik və suverenliyimizi, ərazi bütövlüyünü və ləyaqətimizi bərpa etdik. Beləliklə, ictimaiyyətin dəstəyini əldə etmək istəyən liderlərə məsləhətim o olardı ki, həmişə həqiqəti söyləyin və beynəlxalq təzyiqdən, beynəlxalq mediadan asılı olmayaraq, haqqınızda nə dediklərindən, sizi necə adlandırdıqlarından, sizi necə təhqir etmələrindən asılı olmayaraq, ölkəniz üçün doğru olanı edin. Beləliklə, siz özünüz və ölkəniz uğur qazanmış olacaqsınız".

İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda ...
14/02/2025

İndi Çin şirkətləri təkcə xidmət və texnologiyaların təmin edilməsində yox, həmçinin Azərbaycana investisiya yatırmaqda maraqlıdırlar və bu proses artıq gedir

Müəllif: Əfsanə Cəfərova
Göygöl RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsi zamanı bildirib. Dövlət başçısı həmçinin onu da vurğulayıb ki, COP29-da Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında Xəzər dənizinin dibi ilə enerji kabelinin çəkilməsi barədə bir müqavilə imzaladıq. Beləliklə, Mərkəzi Asiya ilə Azərbaycanı və potensial olaraq Çini enerji kabeli ilə bir-biri ilə bağlayacağıq. Digər bir layihədə belə bir kabel xətti Qara dənizin dibi ilə Azərbaycandan Avropaya uzanacaq.
Bu, növbəti bir bağlantı layihəsidir. Bu, yaşıl enerji üçün bir dəhlizdir və onun nəhəng potensialı var. Çünki Azərbaycanın külək və Günəş enerjisi potensialı artıq bəllidir və bu, təsəvvürə gətirə biləcəyimizdən qat-qat artıqdır. Beləliklə, bazarlar, texnologiya və əməkdaşlıq lazımdır. Çünki qonşu ölkələr arasında əməkdaşlıq olmadan bu layihələrin icrası mümkün deyil. Beləliklə, potensial buradadır və siz qeyd etdiyiniz kimi, Azərbaycan yaşıl keçiddə çox fəal rol oynayır.

Fevralın 12-də Bakıda imzalanmış sənədlərMüəllif: Aslan Kərimli Göygöl RİHB Aparatının İctimai-siyasi və humanitar məsəl...
14/02/2025

Fevralın 12-də Bakıda imzalanmış sənədlər

Müəllif: Aslan Kərimli
Göygöl RİHB Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikası Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Somali Prezident Aparatının rəhbəri Abdihakim Mohamed Yusuf mübadilə ediblər.
“Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Somali Federativ Respublikasının Energetika və Su Ehtiyatları Nazirliyi arasında yaşıl enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Somalinin energetika və su resursları naziri Abdullahi Bidham Varsame mübadilə etdilər.
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Somali Federativ Respublikasının Təhsil, Mədəniyyət və Ali Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Somalinin xarici işlər naziri Əhməd Moalim Fiqi mübadilə etdilər.
“Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”i Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Somalinin müdafiə naziri Əbdülkadir Mohamed Nur mübadilə etdilər.
Azərbaycan dövlətinin xarici siyasəti açıq siyasətdir: “Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır. Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yaxşı olanda çoxtərəfli münasibətlər inkişaf edir. Somali Federativ Respublikası ilə münasibətlərin inkişafı ilk növbədə Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Belə ki, ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı digər dövlətlər kimi, BMT-də bir səsə malik olan Somalinin dəstəyi önəmli ola bilər. Somali dünya siyasətində xüsusi çəkiyə malik olmasa da, Azərbaycanın həllini gözlədiyi məsələlərlə bağlı mövqe bildirə bilər. Ermənistan sülh müqaviləsinin imzalanmasını uzadır, əleyhimizə dezinformasiya siyasəti aparır, silahlanır və s. Beynəlxalq aləmdə bu reallıqlar fonunda Azərbaycanı dəstəkləyən dövlətlərin sayının artması məqsədəuyğun olar. Bundan başqa, Somali ilə ticarət, iqtisadi əlaqələrin inkişafı ilə bağlı potensial var”.
Somali ilə əlaqələrin potensialı böyükdür: “Somali ilə əməkdaşlığımız çoxtərəfli əlaqələr baxımından faydalıdır. Bu gün Azərbaycan 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Somali Azərbaycandan silah-sursat ala bilər. Onu da qeyd etmək lazımdır ki, Afrika qitəsində Türkiyə faktoru ciddi rol oynayır. Xüsusilə Fransanı Afrikadan qovulması fonunda Türkiyənin potensialı daha çox diqqət cəlb edir. Bu baxımdan Türk Dövlətləri Təşkilatının rolunu qeyd etmək lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdəki fəaliyyəti diqqət cəlb edir. Bir sözlə, Azərbaycanın Somali ilə əməkdaşlığının inkişafında Türkiyə faktorunun rolu danılmazdır”.

Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırırMüəllif: Zaur AbbasovGöygöl rayonu üzrə Gən...
14/02/2025

Azərbaycan Somali iqtisadiyyatının hansı sahələrinə sərmayə qoymağı araşdırır

Müəllif: Zaur Abbasov
Göygöl rayonu üzrə Gənclər və İdman sektorunun müdiri

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri ilə bağlı mətbuata verdiyi bəyanatla əlaqədar bildirdi ki; “Həmçinin Somalidə sərmayə imkanlarını müzakirə etdik. Bildiyiniz kimi, cənab Prezidentin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır. Düşünürəm ki, həmin proses davam etməlidir. Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik”
Eyni zamanda İqtisadiyyat naziri Mikayıl Cabbarov Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Ahmed Moallim Fiqi ilə görüşüb. Görüşdə ikitərəfli iqtisadi əlaqələrin təşviqi və energetika sahəsində potensial tərəfdaşlıq imkanları müzakirə olunub. Tərəflər iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi əlaqələrin yaradılmasının, əlaqələrin inkişafına dəstək məqsədilə hüquq-müqavilə bazasının genişləndirilməsinin, eləcə də qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğunluğunu vurğulayıblar.

Address

Gəncə
G***a

Website

Alerts

Be the first to know and let us send you an email when Göygöl Suvarma Sistemləri İdarəsi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share