Optimal Beton

Optimal Beton Beton zavod

Yeni Gəncə. Yaşayış kompleksi
25/07/2025

Yeni Gəncə. Yaşayış kompleksi

03/08/2024
03/08/2024
10/04/2024

Operativ xidmət

20/01/2024
19/05/2023
19/05/2023

🎤⭐️ Gəncədə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təşkil olunan konsertinə məşhur müğənni Rafet El Roman dəvət olunmuşdur, konsert böyük çoşqu ilə qarşılanmışdır. Qonaqlama üçün seçim olaraq Premium Hotel Gəncə bəyənilmişdir, və şəxsən özü və komandası tərəfindən məmnun olduqları söylənmişdir. Bizi seçdiyiniz üçün təşəkkür edirik.

Premium Hotel Gəncə kollektivi olaraq şəhərimizə gələn bütün qonaqlara yüksək səviyyəli xidmət və komfortlu istirahət təmin etmək üçün hər zaman hazırıq.

19/05/2023

Qədimdən Gəncədə bişirilən Səngək çörəyi 🌾

Gəncədə vaxtı ilə geniş yayılan çörək növlərindən biri Səngək çörəyidir. Bu çörək növünə bəzən “Gəncə çörəyi” də deyirlər.

“Səngək” sözü fars dilindən “xırda daşlar” kimi tərcümə olunur. Bu ad onun hazırlanma üsulundan əmələ gəlib. Səngək çörəyi xırda daşların üzərində, qırmızı kərpicdən hazırlanan kürələrdə bişirilir. Uzun və yastı çörək, əsasən, bozbaş, piti kimi duru, yağlı yeməklər üçün nəzərdə tutulur. Onun əsas üstünlüyü 3-4 gün ərzində təzə qalması və rahat həzm olunmasıdır. Bu səbəbdən də mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlərə səngək çörəyindən istifadə etmək məsləhət görülür.

Səngəkin yaranması tarixçilər tərəfindən Səfəvi I Şah Abbasın dövrünə aid edilir. Əfsanəyə görə, çörəyi icad etmək şərəfi tanınmış alim və şair, şahın müşaviri Şeyx Bəhaiyə məxsusdur. Görkəmli sərkərdə kimi şöhrət qazanan Abbas dəfələrlə hərbi əməliyyatlar keçirib. Onun qarşısında duran çətinliklərdən biri ocaq və yüksək keyfiyyətli un olmadan döyüşçülərin qidalanması idi.

Bunu həll etmək üçün Şeyx Bəhai kəndlilərin tədarük etdiyi taxıldan çörək bişirməyi təklif etdi. Kiçik taxıl dəyirmanlarında üyüdülmüş un su ilə qarışdırıldı. Nazik və uzun xəmir parçaları odla qızdırılmış xırda daşların üstündə bişirilirdi. Üstəlik, bu ocaq şahın qoşunları ilə birlikdə daşınırdı: hər bir döyüşçü yəhərində kiçik bir çınqıl torbası daşıyırdı. Düşərgədə daşlar birləşdirilir və onların üzərində çörək bişirilirdi.

Bu çörək balatı ilə hazırlanır, tərkibinə heç bir kimyəvi maddə qatılmır. Balatı ilıq su ilə qarışdırılır, qarışığa un əlavə edilir və xəmir yoğrulur. Xəmir rəfətədə yayılır və digər çörəklərdən fərqli olaraq üzərinə yumurta yox, su vurulur. Çörəyin üstündə qaz lələkləri ilə işləmələr aparılır. Bəzən çörəyin üzərinə küncüt də səpilir. Sonra xırda daşlardan hazırlanan kürələrdə bişirilir.

Address

Gəncə-Şəmkir Yolu
Ganja
AZ2200

Telephone

+994557048738

Website

Alerts

Be the first to know and let us send you an email when Optimal Beton posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Optimal Beton:

Share