Salyan Rayonu

Salyan Rayonu Salyanımızı tanıyaq və tanıdaq. Rayonumuza aid şəkilləri səhifənin mesaj bölməsinə göndərin. Instagram: salyanrayonu AXC-nin təsisçilərindən.

Ərazi-1 792 km²
Əhali-124 900 nəfər
Nəqliyyat vas. kodu-52
Telefon kodu-0163
Poçt kodu (Mərkəzi PŞ) -AZ 5200
Salyan sözünün etimologiyası haqqında müxtəlif mülahizələr var. 1880-ci ildə Salyanda olmuş rus tədqiqatçısı K.Sadovski Salyan sözünün fars dilindəki "sal"-il, yaxud "salyane" – yəni illik bac mənasını verən sözdən yarandığını iddia etmişdir. "Tam fars, ərəb rus lüğəti"nin müəllifi İ.Yaqell

o, "Burhane Qate" kitabının müəllifi Məhəmməd Hüseyn Təbrizi, "Lüğəti Naci"nin müəllifi Naci də K.Sadovski ilə eyni fikirdə olmuşlar. "Coğrafi adlar" kitabının müəllifi Nəbi Nəbiyev isə Salyan sözünün mənasını "bərə yeri" (salların sahilə yan aldığı yer) və ya sal tayfasının adı ilə bağlayır. Sal tayfası Azərbaycanda yaşamış türkdilli tayfa adıdır. Dünya şöhrətli türkoloq Murad Acı da Salyan sözünün sal tayfasının adı ilə bağlı olduğunu iddia edir. Dilçi alim K.Ramazanov bu coğrafi adın sal-bərə sözündən ibarət olub "salın yan aldığı yer"lə bağlı yarandığını deyir. O, sözünün sübutu üçün belə bayatını misal çəkir:

Əzizinəm sal yana,
Dara zülfün sal yana,
Necəsən bir ah çəkim,
Kür quruya, sal yana. Salyandan Ərdəbilə, Təbrizə, Dərbəndə və başqa şəhərlərə balıq, kürü, Babazənən dağı yaxınlığından çıxarılan neft və duz ixrac olunurdu. Tarixi mənbələr göstərir ki 1295-1304-cü illərdə Elxani hökümdari, islami qəbul etdikdən sonra Mahmud adini almış Sultan Məhəmməd Qazan xan tərəfindən 1295-ci ildə Kür çayının mənsəbində, indiki Salyanın yerləşdiyi ərazidə şəhər salınmışdır. Şəhər Qazan xanın şərəfinə Mahmudabad adlandırılmışdır. Ehtimal olunur ki, şəhər zaman-zaman Muğan, Hüştəsfi və Mahmudabad adını daşımış və sonradan Salyan adını almışdır. Amma nəzərə alsaq ki, Salyanın indiki ərazisindən hələ qədim dövrlərdən köhnə karvan yolları keçmişdir və bu bu karvan yollarından istifadə edən karvanlar isər-istəməz Kür çayını keçməliydilər. O da məlumdur ki, həmən vaxtlarda Salyan ərazisində Kür çayı üzərindən heçbir körpü olmayib və çayı keçmək yalniz və yalniz “sal , bərə” vasitəsiylə mümkün olub.Çox güman ki, Salyan adı da yuxarıda göstərildiyi kimi salın,bərənin sahilə yan aldığı yer mənasında Salyan olmuşdur. Əlavə olaraq onuda nəzərə almaq lazımdır ki, Salyan şəhərində, Kür çayının sahilində hamının tanıdığı “Köhnə bərə ağzi” deyilən məhəllə bu gun də mövcuddur. Ümumiyətlə Salyan rayonunun ərazisindən Kür çayının üzərindən keçid 1946-ci ilə qədər, yəni birinci Salyan körpüsünün istifadəyə verildiyi ilə qədər yanız sal və bərə vasitəsiylə mövcud olmuşdur.Bütün bunlar onu deməyə əsas verir ki Salyan sözünün şəhər adı kimi tarixi, Mahmudabad və Hüştəsfidən də qədimdir.

1680-ci ildə şahın fərmani ilə Salyan və Quba xanlığı birləşdirilib və mərkəzi Xudat şəhəri olmaqla 1-ci Huseyin xanın hakimiyətinə verilmişdir. (Salyan qazisi Hüseyn xan Rüdbarinin qiziyla evlənib və şiəliyi qəbul etdiyinə ğörə ərmağan olaraq) Quba xanı 1-ci Hüseyinin, Salyan qazisının qızıyla nigahindan qızı döğulur.Sonralar bir qayda olaraq Salyan valiləri Hüseyn xanın həmən qızının nəslinin nümayəndələrindən təyin olunurdilar. Nadir şahın hökümranlığı dövründə 1735-ci ildə Salyan Quba xanlığının tərkibindən ayrılmış və müstəqil inzibati varlıq kimi birbaşa mərkəzi hakimiyyətə tabe olmuşdur.Həmən illərdə şəhərin valisi Həsənbəy xan olmuşdur.

1747-ci ildə Nadir şahın ölümündən sonraki dövrlərdə Azərbaycanda xaotik formada yaranmağa başlayan yeni xanlıqlar və sultanliqlar dövrundə Quba xanı 1-ci Hüseyinin uzaq qohumu olan İbrahim Rüdbari Salyanda öz hakimiyətini bərpa edərək , Quba xanlığından ayrıldığını və özünü mustəqil xan olduğunu elan edir.Amma cox keçmir ki Rüdbarilərin hakimiyyətindən narazı qalan Salyanın əhalisi Quba xanlığından yardim istəyir.1757-ci ildə hələ o zaman Quba xanlığının taxtina oturmamış vəlihəd Fətəli xan başçılıq etdiyi döyüşçü dəstələri ilə Salyanlıların köməyinə gəlir İbrahim Rüdbarini Salyandan qovur .Beləliklə İbrahim Rüdbarinin 8 illik hakimiyyətinə son qoyulur və Salyan xanlığı yenidən Quba xanlığının tərkibinə keçir. 1757-cı ildən 1768-cı ilə qədər Salyanın hakimi Kəlbə Əli xan olur. Ondan sonra 1782-ci ilə qədər Salyanın xani Qubad xan olur. 1782-ci ildən 1791-ci ilə qədər Salyanın xanı olmuş Şeyx Əli xan isə sonradan Quba Xanı olmuşdur. 1760-cı ildə Salyanda olan səyyah Biberşteyn öz yazilarinda göstərir: “ Salyanın əhalisi coxdur və onlariın əksəriyyəti zəngin və varlı yaşayirlar. Burada Kür cayında balıq ovundan yaxşı gəlir əldə olunur.Vətəgələrin çoxsu Astarxan vilayətindən gələn tacirlərə icarəyə verilmişdir.İcarə haqqı ildə 50 min gümüş pulla ölçülür” 1774-ci ilin yayında Qaytaq üsmisi Əmir Həmzə Qubaya hücumu və Dərbənd qalasını mühasirədə saxlayan zaman Fətəli xan Salyana sığınır və 10 ay burda yaşayir və qoşun toplayır. Tarixi mənbələrdə ğöstərilir ki, miladi təqvimi ilə 1795-ci ildə Ağa Məhəmməd şah Qacar 60 minlik qoşunla Qafqaz üzərinə yürüş edir. Şamaxı istiqamətində hücum zamanı Qacar ordusu Salyanda ciddi müqavimətlə rastlaşır.Qanlı döyüşlərdə şah ordusu coxsayli itkilər verdikdən sonra şəhər əhalisinin böyuk bir hissəssi öldürülmüş, Salyan şəhəri isə tamamilə yandırılıb dağidilmişdir.1797-ci uldə isə Quba Xanı Hüseyn Əli xanin təşəbüsü ilə Salyanın aşaği kəndləri olan Boyat və Qaraimanlı kəndlərinin əhalisi Salyana köçürülmüş və şəhər yenidən tikilməyə başlanmışdır.(Həmən kəndlər indi Neftçala rayonunun ərzaisindədir.)

1852-ci ildə Salyan şəhərinin ərazisi 150 desyatinin (təqribən 1 600 km²) olmuşdur ki, bununda 95 des. tikinti altinda olub. 1852-ci ildə Salyanda 1125 şəxsi ev olub.Bunun 1118-i müsəlmanlara,7-si isə digər millətlərə məxsus olmuşdur.Həmən idə Salyanda 7 məscid, 3 karvansaray, 1 bazar, 5 hamam, 28 özəl müsəlman məktəbi, 5 meydan, 32 küçə, 24 bağ olmuşdur.

1863-cü ildəşəhər idarəçiliyi polis-pristav üsul idarəsinə verilib və həmən ildən şəhərin genişlənməsi başlayıb.1863-cü il kameral siyahıya alınmada aydın olur ki, Salyan şəhərində 1 292 ev 10634 nəfər sakin olmuşdur. 1868-ci ilin fevralında Çar Rusiyası zamanında Bakı quberniyası daxilində Cavad qəzası yaradılır və Salyan bu qəzanın inzibati idarəçilik və mədəni mərkəzi olur.

1881-ci ildə şəhərin ümumi torpaq sahəsi 800 desyatin olmuşdur.Həmən ildə Salyanda 12 kvartaldan ibarət olmağla 35 küçə, 2 meydan, 1 bazar, 2 müsəlman və 1 xristian qəbirstanlığı 1 rus və 12 türk məktəbi olduğu bildirilir.1181-ci ildə Salyanda 2323 kərpic ev olmuşdur. 1897-ci ildə Salyanın 11787 nəfər əhalisi olub. XX əsrin əvvəllərində Mirxalıq Abdullayev burada illik istehsal gücü 3-4 min tona çatan 3 pambıq təmizləmə məntəqəsi tikdirmişdir. Bununla yanaşı Salyanda istilik elektrik stansiyası, 4 ibtidai məktəb və kitabxana fəaliyyət göstərmişdir. Bu vaxt şəhərdə bez istehsal edən 20 kiçik toxucu müəssisə, 200 dükan, 5 ticarət bankı, 3 karvansara, gəmi körpüsü, poçt stansiyası, karantin gömrükxana, 11 mədrəsə, yeraltı hamam və xəstəxana fəaliyyət göstərmişdir. Bütün cənubi Rusiyada və Qafqazda ilk dəfə olaraq 1864-ci ildə Salyanda metroloji stansiya yaradılmışdır. Xalq sənəti: xalçaçılıq, papaqçılıq, daş üzərində oyma, zərgərlik, ağac üzərində oyma, dəmirçilik. 1973-cü ilə qədər indiki Neftçala rayonun ərazisi də (1939-1959 illər istisna olmaqla)Salyan rayonuna aid olmuşdur. Görkəmli şəxsləri:
Şeyxülislam Axund Məhəmmədəli Hüseynzadə - Qafqazın ilk şeyxülislamı (1823-1846)
Şeyxülislam Axund Əhməd Hüseynzadə (Səlyani) - Qafqazın üçüncü şeyxülislamı (1862-1884)
Axund Mirbağır Ağa Ağazadə — 1937-ci ilin repressiya qurbanı, böyük övliya, görkəmli din xadimi.
Əli bəy Hüseynzadə — böyük Azərbaycan ədibi, ədəbiyyat tənqidçisi filosof, XX əsr Türk-Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri. Məhərrəm Dadaşov – Sovet İttifaqı Qəhrəmanı (1941-1945)
Qulu Əsgərov — Azərbaycan müğənnisi. Tanınmış xanəndə və pedaqoq.
Əliağa Kürçaylı — şair, dramaturq, tərcüməçi. Aşıq Pənah - aşıq, şair, bəstəkar
Xəlil Rza Ulutürk — şair, tərcüməçi, Azərbaycanın xalq şairi. Həsən Məmmədov — aktyor, Azərbaycanın xalq artisti. Arif Məlikov - bəstəkar, Azərbaycanın xalq artisti. Vaqif Axundov — Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi, general-polkovnik.
Əliağa Hüseynov — Azərbaycan Respublikası Milli Məclisin deputatı, ehtiyyatda olan general-leytenant. Tebriz ULUTURK Milli qehreman {xelil rza uluturkun oglu}
Rafiq Manaflı 1988-ci ildə başlanan Xalq hərəkatının ilk öncüllərindən olub. Hazırda VHP Ali Məclisinin sədri və İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür. Namiq Hacıheydərli Şair. 1975-ci il sentyabrın 8-də Salyan rayonunun Varlı kəndində doğulub. 8 kitabın, 50-dən artıq elmi, publisistik və pedaqoji məqalənin müəllifidir. Hazırda Azərbaycan Yazıçılar Birliyi Muğan Bölməsinin sədridir.

17/01/2021

Yolüstü kəndi, şəhid Bəhruz Hüseynov

25/11/2020
26/01/2020

Maraqlı seçki təbliğat kampaniyası gedir

Körpünün açlışından...Nicat
17/03/2019

Körpünün açlışından...

Nicat

Qardili Kəndinin analoqsuz yolları.Kəndimizin "Bələdiyyə"si əlindən gələni əsirgəmir .ama hələdə kəndimizin girişini bel...
14/01/2019

Qardili Kəndinin analoqsuz yolları.
Kəndimizin "Bələdiyyə"si əlindən gələni əsirgəmir .ama hələdə kəndimizin girişini belə tanımır

Söz söhbətlərə səbəb olan yolkamız
25/12/2018

Söz söhbətlərə səbəb olan yolkamız

Axşamınız xeyir.Bura haradır?N.N
21/11/2018

Axşamınız xeyir.

Bura haradır?

N.N

Canlı-Canlı. ;)N . N
19/11/2018

Canlı-Canlı. ;)

N . N

Bərəkətli olsun.
19/11/2018

Bərəkətli olsun.

❤ ANA KüR ❤Kür Salyanı əhatəsinə almaqla yanaşı Kürün axışı Salyanda bir başqadıre akka ca
16/11/2018

❤ ANA KüR ❤
Kür Salyanı əhatəsinə almaqla yanaşı Kürün axışı Salyanda bir başqadıre akka ca

QAYA Tədris Mərkəzi.Aytac Dadaşova
09/11/2018

QAYA Tədris Mərkəzi.

Aytac Dadaşova

Address

Salyan Şeheri
Salyan
AZ5200

Telephone

163

Alerts

Be the first to know and let us send you an email when Salyan Rayonu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share