Ərazisi - 1348 km2
Əhalisinin sayı - 113806
İnzibati mərkəzi - Zaqatala şəhəri
Qəsəbələr / Kəndlər
Car, Göyəm, Mazıx, Maqov, Danaçı, Əli-bayramli, Dombabinə, Yuxarı Tala, Aşağı Tala, Muxax, Yuxarı Çardaxlar, Çobankol, Gözbarax, Suvagil, Bəhmətli, Lahıc, Mosul, Yengiyan, Qandax, Muğanlı, Əliabad, ....
Zaqatala inzibati rayonu (yaranma tarixi 08.08.1930), Azərbaycan Respublikasının şimali-qərbi
ndə, paytaxt Bakı şəhərindən 430 km məsafədə, Böyük Qafqaz sıra dağlarının cənub ətəklərində yerləşir. Qərbdən Balakən rayonu, şərqdən Qax rayonu, şimaldan Qafqaz dağları boyunca Rusiya Federasiyası, cənubdan isə Alazan çayı boyunca Gürcüstan Respublikası ilə həmsərhəddir. İnzibati ərazi bölgüsü -1 şəhər, 2 qəsəbə, 59 kənd. Mərkəzi, Zaqatala şəhəri - əhalisi 20600 nəfər. 1830-cu ildə Zaqatala qalası tikilmiş, 1840-cı ildən Zaqatalaya şəhər statusu verilmişdir.
Ərazisi 1348 kv. Rayonda azərbaycanlılarla bərabər iyirmidən artıq millət və xalqın nümayəndələri (ruslar, ukraynalılar, gürcülər, laklar, avarlar, saxurlar, udinlər, ingiloylar, ləzgilər, tatarlar, yəhudilər, türklər, yunanlar, osetinlər və digərləri) yaşayır. Zaqatala rayonu, RİHB, onun ərazi İcra nümayəndələri və Bələdiyyələr tərəfindən idarə olunur. Rayonda 29 icra nümayəndəliyi və 31 bələdiyyə fəaliyyət göstərir. Rayonda 48 orta, 14 əsas, 4 ibtidai məktəb, 1 humanitar fənlər gimnaziyası, 39 məktəbəqədər uşaq tərbijə müəssisəsi, 6 məktəbdənkənar müəssisə, BETM-nin Zagatala filiali, 2 ali məktəbin (müəllimlər institutu və islam universiteti) filialı, 1 kollec, 1peşə-texniki məktəbi, 81 kitabxana, 36 klub, 27 mədəniyyət evi, 1 xalq teatrı, tarix-mədəniyyət qoruğu, tarix-diyarşünaslıq muzeyi, 1 musiqi məktəbi, uşaq qənclər idman məktəbi, şahmat məktəbi, uşaq yaradıcılıq mərkəzi, 10 xəstəxana, 21 kənd həkim ambulatoriyası, 26 feldşer-mama məntəqəsi, 23 məscid, 1 mehmanxana, 4 motel fəaliyyət göstərir.
İqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda mebel, tikinti, inşaat materialları, yeyinti, yüngül sənayeni inkişaf etdirmək üçün böyük potensial vardır. Rayon ərazisində, ekoturizmin inkişafı üçün əvəzsiz, 1929-cu ildə təşkil olunmuş (ərazisi 23800 ha.) Zaqatala Dövlət Qoruğu, Zaqatala şəlaləsi, Xalaxi gölü, Malarasa aşırımı, ölkə və rayon əhəmiyyətli 108 tarix-mədəniyyət abidəsi var. Onlardan Mamrux kəndi ərazisindəki II-IV əsrlərə aid alban abidəsi, V-VII əsrlərə aid Zaqatala səddi, Car kəndi ərazisində XVI əsrə aid Cingözqala, 1830-cu ildə tikilmiş Zaqatala qalası və s. Tarixi haqqında qısa melumat
Zaqatala rayonu Azərbaycan Respublikasının şimal-qərbində, Böyük Qafqaz sıra dağlarının cənub yamacları Qanıx-Əyriçay vadisində yerləşir. Cənubdan Gürcüstan Respublikası, şimaldan Dağıstan Respublikası, qərbdən və şərqdən Azərbaycan Respublikasının Balakən və Qax rayonları ilə həmsərhəddir. Mərkəzi Zaqatala şəhəridir. Şəhər dəniz səviyyəsindən 535 metr hündürlükdə Azərbaycan Respublikasının paytaxtı olan Bakı şəhərindən 445 km aralıda, Tala çayının sahilində, Yevlax-Balakən şossesi yolunun üzərində nəhəng İpək yolunun üstündə vaxtı ilə Şərqin ən böyük ticarət mərkəzlərindən (bazarlarından) olan "Əskibazarın" (yer adı tamamilə öyrənilməmişdir) 25-30 km-də Böyük Qafqaz silsiləsinin cənub ətəyində yerləşir. Zaqatala inzibati rayonu 1830-cu ildə təşkil edilmişdir. Zaqatala rayonunun ümumi sahəsi 1348 km-dir. Ərazisi dağlıq və aran hissədən ibarətdir. Rayonun ərazisindən 7 çay axır: Qanıx çay (Alazan), Tala çay, Katex çay, Muxax çay, Bəkməz çay və s. Zaqatala 1840-ci ildən şəhər adlandırılmışdır.1803-cü ildə Zaqatala qəzası Rusiyanın tərkibinə daxil olmuşdur. Zaqatala sözünün yaranmasına dair (etimologiyaya görə) bir neçə rəvayət vardır. Müasir Zaqatala adı Sakatala (Sak düzü) adını dəyişilmiş formasını təşkil edir. VII əsrin əvvəlində Kimmer - Skit dalğaları ilə Ön Asiyaya düşmüş sak tayfaları Albaniyanın ərazisində də məskən salmışlar və bu ərazi kür çayının sağ sahilindən (Kür-Araz qovşağı daxil olmaqla) Qafqaz dağ ətəklərinə qədərki ərazini tuturdu. Zaqatala rayonu da qədim Qafqaz Albaniyasının ayrılmaz hissəsi olmaqla onun qərbində yerləşirdi...